Zaman dediyimiz anlayış, əslində, bir anı bir başqa anla müqayisə etmək üsuludur. Bunu bir misalla izah edə bilərik. Bir cismə vursaq, bundan müəyyən bir səs çıxar. Eyni cismə bir daha vursaq, yenə bir səs çıxar. Vuran insan birinci səslə ikinci səs arasında bir müddətin olduğunu düşünür və bu müddətə zaman deyir. Halbuki, ikinci səsi eşitdiyi anda birinci səs sadəcə yaddaşındakı bir xəyaldan ibarətdir. Sadəcə yaddaşında var olan bir məlumatdır. Həmin insan yaddaşında olanı yaşadığı anla müqayisə edərək zaman anlayışını əldə edir. Əgər bu müqayisə olmazsa, zaman anlayışı da olmaz.
Məşhur fizik Culian Barbor (Julian Barbour) zamana belə tərif vermişdir:
Zaman əşyaların vəziyyətlərini dəyişdirmə ölçüsündən başqa bir şey deyil. Bir saat kəfkiri yırğalanır, saatın əqrəbləri işə hərəkət edir.91
Qısaca olaraq, zaman beyində saxlanılan bir sıra xəyallar arasında müqayisə aparılması ilə mövcuddur. Əgər bir insanın yaddaşı olmazsa, beyni bu cür şərhlər edə bilməz və dolayısilə, zaman anlayışı da əmələ gəlməz. Bir insanın: “Mən otuz yaşındayam”, -deməsinin səbəbi beynində həmin otuz ilə aid bəzi məlumatların saxlanmış olmasıdır. Əgər yaddaşı olmazsa, bu cür zaman müddətinin olduğunu düşünməyəcək, sadəcə yaşadığı tək bir an ilə əlaqədar olacaq.
Qeydlər:
91. Tim Folger, "Buradan Sonsuzluğa", Discover, dekabr 2000, səh. 54