Keçmiş sivilizasiyalara dair tapıntılar təkamül nəzəriyyəsinin “ibtidaidən aliyə doğru” iddialarını təsirsiz edir. Tarixin axınını tədqiq etdiyimiz zaman qarşımıza çıxan həqiqət insanın hər zaman günümüzün insanı ilə eyni zəkaya və yaradıcılığa sahib olmuş olmasıdır. Yüz minlərlə il əvvəl yaşamış insanların ərsəyə gətirdiyi əsərlər və qoyduqları izlər təkamülçü iddialardan tamamilə fərqli mənalar daşıyır. Bu izləri tədqiq etdiyimiz zaman görürük ki, keçmişdə yaşayan insanlar da zəka və bacarıqlarına uyğun olaraq yaşadıqları hər bir dövrdə yeni kəşflər etmiş, ehtiyaclarını qarşılamış və öz mədəniyyətlərini qurmuşlar.
Göndərilən elçilər çevrəsində yaşadığı millətin böyük dəyişikliklər vasitəsi ilə inkişafına və tərəqqisinə səbəb olmuşlar. Peyğəmbərlər Allah`ın ilhamı ilə dərin elmi biliyə sahib olmuşlar. Məsələn, hz. Nuh gəmiqayırma texnologiyasını bilirdi. Quranda olan məlumata əsasən, hz. Nuhun inşa etdiyi gəminin buxarlı bir gəmi olduğu aydın olur. (Doğrusunu Allah bilir.) Bu məlumata ayətdə göstərilən “...təndir qaynadığı zaman ” ifadəsi ilə diqqət çəkilir.
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların) hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Onunla birlikdə az adam iman gətirmişdi. (Hud surəsi, 40)
Təndir hal-hazırda müxtəlif regionlarda istifadə edilən bir cür ocaqdır. Qaynamaq (ərəbcə fəvrat feli) fışqıraraq qaynamaq mənasını verir. Hz. Nuhun gəmisinin təndirin qaynaması ilə, yəni ocağın (qazanın) qaynaması ilə hərəkət etməyə hazır vəziyyətə gəldiyi aydın olur. Bundan başqa, Elmalılı Hamdi Yazırın təfsirində hz. Nuhun gəmisinin “qazanla işləyən, yəni bir cür buxarlı gəmi” olduğu izah edilir:
Tennur: lüğətdə elə bir qapalı ocaq, sobadır ki, türk dilində “təndir” kimi istifadə edilir. Qaynamaq (fəvrat) kəliməsi də güclü və şiddətlə qaynamaq və fışqırmaq deməkdir... Yəni gəmi yelkənli bir gəmi deyil, qazanla işləyən bir paroxodun xüsusiyyətlərinə malikdir.39
Hz. Süleyman dövründə də bu müqəddəs peyğəmbər vəsiləsi ilə elm, incəsənət və texnologiyada çox əhəmiyyətli irəliləyişlər olmuşdur. Məsələn, Quranda hz. Süleyman dövründə təyyarə kimi sürətli nəqliyyat vasitələrindən istifadəyə işarə edilir:
Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra (yenə) bir aylıq məsafəni qət edən küləyi də Süleymana (ram etdik). (Səba surəsi, 12)
Bu ayəti-kərimdə olduqca uzaq məsafələrə hz. Süleyman dövründə qısa müddətə çata bildiyinə diqqət çəkilir. Bu, günümüzdəki təyyarə texnologiyasına bənzəyən bir texnologiyadan istifadə etməklə küləklə hərəkət edən vasitələrə işarət edir. (Doğrusunu Allah bilir.) Bundan başqa, Quranda hz. Süleyman dövründə qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən qazanlar düzəldildiyi xəbər verilir.
(Cinlər) onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! şükür edin! Qullarımdan şükür edəni azdır. (Səba surəsi, 13)
Bu ayədən hz. Süleymanın çox mütərəqqi inşaat və memarlıq texnologiyasından istifadə etdiyi başa düşülür.
Quran ayəsində hz. Süleymanın əmrində bina ustaları və dalğıcların olduğu bildirilmişdir:
Həmçinin şeytanlardan olan müxtəlif bənnaları, dalğıcları (Sad surəsi, 36-37)
Dalğıc cinlərin hz. Süleymanın əmrində olması o dövrdə dəniz altındakı sərvətlərdən istifadə edilməsinə işarədir. Dəniz altındakı neft, qızıl kimi qiymətli mədənlərin çıxarılaraq işlənilməsi və insanlar üçün faydalı və yararlı şəklə salınması üçün çox yüksək texnologiya lazımdır. Hz. Süleymanın dövründə bu texnologiyadan istifadə edildiyinə diqqət yönəldilir.
Başqa bir Quran ayəsində isə hz. Süleymanın mis qaynağını sel kimi istifadə etdiyi xəbər verilmişdir (Səba surəsi, 12). Ərimiş misin istifadəsi ilə hz. Süleyman dövründə elektrik enerjisindən istifadə edilən yüksək texnologiyanın varlığına işarə edilir. Bildiyimiz kimi, mis cərəyan və temperaturu yaxşı keçirən metallardan biridir və bu xassəsinə görə, elektrik sənayesinin əsasını təşkil edir. Ayədə verilən “sel kimi axıtdıq” ifadəsi ilə güman olunur ki, hz. Süleyman dövründə yüksək miqdarda istehsal olunan elektrikin texnologiyada bir çox sahələrdə istifadə edildiyinə diqqət çəkilir. (Doğrusunu Allah bilir.)
Quran surələrində hz. Davudun da dəmiri işlətdiyi və zireh sənətini çox yaxşı bildiyi məlum olur. Ayələrdə bu cür xəbər verilir:
…Biz dəmiri onun üçün yumşaltdıq. (Sonra buyurduq:) “Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. Yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”. (Səba surəsi, 10-11)
Quranda hz. Zülqərneynin iki dağ arasına dövrün cəmiyyəti tərəfindən aşıla bilməsi və yarılması mümkün olmayan bir sədd inşa etdiyi xəbər verilir. Ayədə bildirildiyinə görə, hz. Zülqərneyn bu səddi inşa edərkən dəmir kütlələrdən və əridilmiş misdən istifadə etmişdir:
“Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını (dəmir parçaları ilə) doldurduqda: “Körükləyin!”– dedi. (Dəmir) közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!”– dedi. (Kəhf surəsi, 96)
Bu məlumat hz. Zülqərneynin dəmirbeton texnologiyasından faydalandığına işarə edir. İnşaat sektorunda istifadə edilən ən möhkəm material dəmirdir. Binaların və ya körpü, bənd kimi memarlıq əsərlərinin möhkəmliyinin artırılması üçün mütləq dəmirdən istifadə edilməlidir. Ayədən belə aydın olur ki, hz. Zülqərneyn də dəmirləri uc-uca gətirmiş və üzərinə tökülən material ilə möhkəm bir dəmir-beton struktur inşa etmişdir. (Doğrusunu Allah bilir.)
Mərkəzi Amerikanın qədim sivilizasiyalarının yazılarında isə bəyaz geyimdə, hündürboy, saqqallı bir şəxsdən bəhs edilir. Bu yazılarda qısa bir müddət ərzində tək İlah inancının yayıldığı və incəsənət və elmdə ani bir inkişafın meydana gəldiyi bildirilir.
Qədim Misir cəmiyyətinə hz. Yaqub, hz. Yusif, hz. Musa, hz. Harun kimi bir çox peyğəmbər göndərilmişdir. Misir mədəniyyətinin incəsənət və elmdə müəyyən dövrlərdə yaşadığı sürətli inkişafa bu elçilərin və onlara inanan insanların böyük təsiri olmuş ola bilər.
Quranı və Peyğəmbərimizin (səv) sünnəsinə riayət edən müsəlman alimlər də astronomiya, riyaziyyat, həndəsə, tibb kimi elmi sahələrdə çox əhəmiyyətli kəşflər həyata keçirmişlər. Bu məlumatların vəsiləsi ilə elmdə və ictimai həyatda böyük dəyişikliklər və çox əhəmiyyətli irəliləyişlər olmuşdur. Bu müsəlman elm adamları və tədqiqatlarından bəziləri belədir:
Əbdüllətif əl-Bağdadi anatomiyaya aid tədqiqatları ilə tanınır. Alt çənə və döş sümüyü kimi orqanizmdəki bir çox sümüyün anatomiyası haqqında keçmişdə buraxılmış səhvləri düzəltmişdir. Bağdadinin “Əl-ifadə vəl-etibar” adlı əsəri 1788-ci ildə tərtib edilərək latın, alman və fransız dillərinə tərcümə edilmişdir. “Makalatün fil-havas” adlı əsəri isə beş duyğu orqanının tədqiqindən bəhs edir.
Zəkəriyyə Qəzvini Aristoteldən bəri davam edən beyin və ürəklə bağlı bir çox səhv fikriləri darmadağın etmişdir. Ürək və beyinlə bağlı məlumatları bu gün bizdə olan məlumatlara olduqca yaxındır.
Zəkəriyyə Qəzvini, Həmdullah Müstəvli əl-Qəzvini (1281-1350) və İbnün-Nəfisin anatomiyaya aid tədqiqatları müasir tibb elminin əsasını formalaşdırmışdır.
Əli bin İsanın üç cildlik göz xəstəliklərinə dair yazdığı “Təzkirətül-kəhhalin fil-ayn və əmraziha” adlı əsərinin birinci cildi tamamilə gözün anatomiyasına həsr edilərək çox dəyərli məlumatları əks etdirir. Bu əsər daha sonralar latın və alman dillərinə tərcümə edilmişdir.
Biruni Qalileydən 600 il əvvəl dünyanın dövr etdiyini sübut etmiş, Nyutondan 700 il əvvəl yer kürəsinin səthini hesablamışdır.
Əli Quşçu ayın fazaları haqqında əhəmiyyəti böyük olan tədqiqatlar aparmış, mövzu ilə əlaqədar bir kitab çıxarmışdı. Ay haqqındakı tədqiqatları özündən sonrakı dövrlərdə yaşayanlar üçün istiqamət vermişdir.
Sabit Bin Kurra Nyutondan əsrlər əvvəl diferensial hesabı kəşf etmişdir.
Bəttaninin apardığı astronomik müşahidələrin doğruluğu özündən sonrakı alimləri heyran qoymuşdur. 533 ulduzu müşahidə etmiş, Günəşin Yerdən ən uzaq olduğu məsafəni düzgün şəkildə hesablamışdır. Triqonometriya haqqında apardığı tədqiqatlar və hesablamalarla riyaziyyat sahəsində öncüllərdən olmuşdur.
Əbul Vəfa isə triqonometriyaya sekans və kosekans terminlərini qazandırmışdır.
Xarəzmi ilk cəbr kitabını yazmışdır.
Məğribi “Tühfətül-ada” adlı kitabında üçbucaq, dördbucaq, dairə və digər həndəsi fiqurların səthinin ölçülərini tapmaq üçün metodlar göstərmişdir.
İbni-Heysəm optik elmin qurucusudur. Rocer Bakon və Kepler onun əsərlərindən faydalanmış, Qaliley də onun əsərlərindən faydalanaraq teleskopu kəşf etmişdir.
Kindi isə Eynşteyndən 1100 il əvvəl nisbi fizika və nisbilik nəzəriyyəsini ortaya atmışdır.
Pasterdən təxminən 400 il əvvəl yaşayan Ağşəmsəddin mikrobları ilk olaraq tanıdan italyan həkimi Frakastorodan təxminən 100 il əvvəl mikrobların varlığından bəhs etmişdir.
Əli bin Abbas əl-Məcusi 10-cu əsrdə yazdığı “Kamil əs-Sina`a ət-Tibbiyyə” kitabı ilə tibb elminin öncülü olmuş, əsəri bir çox xəstəliyin müalicəsində əsas istinad mənbəyi kimi qəbul edilmişdir.
İbni Cəssar cüzamın səbəb və müalicə üsullarını izah etmişdir.
Burada sadəcə bir neçəsinə yer verilən müsəlman alimləri Quranı və Peyğəmbərimizin (səv) yolunu izləyərək müasir elmin təməlini təşkil edəcək kəşflər etmişlər.
Göründüyü kimi, tarixdə bir çox millət göndərilən elçilər vasitəsi ilə incəsənət, tibb, texnologiya və elm sahələrində inkişafı təmin etmişlər. Peyğəmbərlərə itaət etməklə, bu mübarək insanların təşviq və tövsiyələri ilə peyğəmbərlərdən öyrəndikləri məlumatları təkmilləşdirmiş və bunları sonrakı nəsillərə də ötürmüşlər. Bundan başqa, tarix boyu vaxtaşırı haqq dindən uzaqlaşaraq batil inancları gücləndirən cəmiyyətlər belə, mötəbər elçilərin təbliğləri ilə yenidən tək İlah inancına dönmüşlər.
Keçmiş dövrlərə aid tapıntılara bu cür ön mühakimə etmədən baxıldıqda insanlıq tarixinin düzgün və aydın şəkildə başa düşülməsi mümkün olur.
Bundan başqa, daha öncə də bildirdiyimiz kimi, hazırkı dövrdə olduğu kimi, tarixin, demək olar ki, hər dövründə inkişaf etmiş və geridə qalan sivilizasiyalar eyni dövr içərisində mövcud olmuşlar. Necə ki, günümüzdə bir tərəfdə kosmos texnologiyası mövcud olduğu halda, digər tərəfdə dünyanın müxtəlif yerlərində insanlar ibtidai şəraitdə öz həyatlarına davam edirsə, keçmişdə də bir tərəfdə möhtəşəm Misir sivilizasiyası var ikən, digər tərəfdə olduqca geridə qalmış mədəniyyətlərə sahib olan cəmiyyətlər mövcud olmuşdur. Son dərəcə mükəmməl şəhərləri inşa edən, mütərəqqi texnologiyaya sahib olmaları qoyduqları izlərdən aydın olan Mayyalar Veneranın orbitini hesablayıb, Yupiterin peyklərini kəşf edərkən, eyni dövrdə Avropanın bir çox yerlərində insanlar dünyanın Günəş sisteminin mərkəzində olduğuna inanırdılar. Misirlilər müvəffəqiyyətlə beyin əməliyyatları apararkən dünyanın başqa yerlərində insanlar xəstəliklərin guya pis ruhların təsiri ilə əmələ gəldiyini hesab edirdilər. Şumerlər hüquq sistemi, ədəbiyyat, incəsənət anlayışları, astronomiya aid bilikləri ilə Mesopotamiyada köklü bir mədəniyyət qurarkən dünyanın bir başqa yerində hələ yazıdan istifadə etməyən cəmiyyətlər var idi. Bir sözlə, necə ki, günümüzdə sadəcə inkişaf etmiş sivilizasiyalar yaşamırsa, keçmiş də sadəcə geridə qalmış sivilizasiyaların var olduğu bir dövr deyildi.
Kitabın buraya qədər olan hissələrində tarixin fərqli dövrlərinə aid dəlilləri və bundan yüz minlərlə və yaxud on minlərlə il əvvəl yaşamış insanların mədəniyyətlərinin örnəklərini araşdırdıq. Daha yaxın dövrlərə baxdığımızda isə yenə insanın hər zaman insan olduğu həqiqətinin dəlillərindən biri ilə qarşılaşırıq. Qarşımızda guya meymunluqdan yenicə qurtulmuş ibtidai insanlar deyil, minlərlə ildən bəri davam edən bir sivilizasiyanın övladları olan mədəni insanlar vardır. 20-ci əsrdə inkişaf edən texnologiya vasitəsi ilə arxeoloji araşdırmalar xeyli sürətlənmiş və bu sürətlə birlikdə bəşər tarixinin əsl üzünə aid əhəmiyyətli dəlillər torpağın altından bir-bir toplanmağa başlamışdır. Beləliklə, minlərlə il əvvəl Misirdə, Mərkəzi Amerikada, Mesopotamiyada və digər bölgələrdə yaşanan həyatın bir çox tərəfdən günümüzlə paralellik ifadə etdiyi ortaya çıxmışdır.
Qeydlər:
39. https://kuranikerim.com/telmalili/hud.htm