Ehramları təkrar İnşa etməyə cəhd etsələr...

1978-ci ildə ABŞ-dakı “Indiana Limestone Institute of America Inc.” (dünyada əhəngdaşı yataqları sahəsində ən böyük və ən peşəkar qurum) bu gün Xeops ehramı böyüklüyündə bir ehramın inşası tələb olunarsa, bunun üçün insan gücü və materialların ölçüsünü müəyyən etmək üçün tədqiqat aparmışdır. Nəticə olduqca düşündürücüdür; şirkətin səlahiyyətli şəxsləri ehramların tikintisindəki çətinlikləri belə açıqlayırlar:

Əgər mümkün olan gücü maksimuma çıxarsaq, bu da bugünkü istehsal həcmini üç qat artırmaq deməkdir ki, bu da lazımi qədər əhəngdaşının çıxarılması və daşınması üçün 27 il vaxt tələb edir. Bundan əlavə, bütün bu işlər ABŞ-ın üstün texnologiyası ilə, yəni hidravlik çəkic, elektron kristal ucluqlu mişarlardan istifadə edilərək görülə bilər. Bu cür böyük güc sadəcə əhəngdaşını mədəndən çıxarmaq və onu daşımaq üçün sərf ediləcəkdir. Və buna Xeops ehramının inşası üçün lazım olan laboratoriya testləri və bunun kimi hazırlıq işləri daxil deyil.59

Bəs qədim Misirdə bu nəhəng ehramlar necə inşa edilmişdi? Qayalıq terraslar hansı güclə, hansı mexanizmlərlə və hansı texnika ilə düzləşdirilmişdir? Qaya məzarları hansı vasitələrlə qazılmışdır? İnşaat sırasında aydınlatma necə təmin edilmişdir? (ehramların və məzarların divarlarında və tavanlarında hər hansı bir qaralma və his izinə rast gəlinməyib). Daş bloklar daş yataqlarından necə çıxarılmış, müxtəlif formalı daşların kənarı necə düzləşdirilmişdir? Tonlarla ağırlığı olan bu daşlar necə daşınmış və bir-birilərinə santimetrin mində biri yaxınlığında necə birləşdirilmişdir? Bu sualların sayını artırmaq olar. Bəs bu suallar təkamülçülərin insanlıq tarixi yalanına uyğun olaraq ağıllı və məntiqli bir şəkildə cavablandırıla bilərmi? Əlbəttə ki, xeyr.

Qədim Misirdə incəsənət, tibb, memarlıq və mədəniyyət ilə təcəssüm olunan nəhəng bir mədəniyyət qurulmuşdur. Misirlilərin özlərindən sonra qoyduqları əsərlər, istifadə etdikləri müalicə üsulları sahib olduqları elmi baza və təcrübənin ən əhəmiyyətli dəlillərindəndir. Bu gün bəzi alimlər tarixin təkamülü iddiasına uyğun olaraq ehramları inşa etməsi olduqca çətin olan Misir əsərlərinin kosmosdan gələnlər tərəfindən meydana gətirildiyini də iddia edirlər.

Əlbəttə ki, “ehramları yadplanetlilər inşa ediblər” iddiası demaqogiya ilə belə izah gətirə bilmədikləri zaman təkamülçülərin sığındıqları son dərəcə ağıl və məntiqdən kənar iddiadır. Hər şeydən əvvəl, buna aid ən kiçik məlumat və ya dəlil belə tapılmamışdır. Təkamülçülər təsadüflərlə və ya xəyali təkamül prosesi ilə açıqlama verə bilmədikləri zaman o dəqiqə “yadplanetlilər”ə sığınırlar. Halbuki, canlı aləmin quruluş vahidini təşkil edən ilk zülalın və hüceyrənin nüvəsindəki DNT-nin təsadüfən cansız maddələrdən meydana gəlməyəcək qədər mürəkkəb və qeyri-adi bir quruluşa sahib olduqlarını anladıqda belə bir gülünc iddia tapdılar: “İlk canlı orqanizmini yadplanetlilər dünyaya qoyub getmişlər”. Bəzi təkamülçü alimlər tərəfindən müdafiə edilən bu iddianın mənasızlığı, əlbəttə ki, təkamülçülərin düşdükləri çarəsizliyin göstəricisidir.

Misirdə qurulan mədəniyyət və tarix boyunca qurulan digər bütün sivilizasiyaların hər biri ağıl və iradə sahibi insanlar tərəfindən qurulmuşdur. Bundan əlavə, bunlar çox qədim dövrlərə aid sivilizasiyalardır. Bu gün Misirin e.ə. 3000-ci ilindəki əsərlərini tədqiq edərək heyranlığımızı dilə gətiririk və alimlər və aidiyyəti mütəxəssislər bu əsərlərin necə meydana gətirilmiş ola biləcəyini müzakirə edərək araşdırırlar. Lakin bu məqam da çox vacibdir: Misirdə bu gün izlərinə rast gəlinən 5000 il əvvəlki sivilizasiya, əlbəttə ki, minlərlə ilin təcrübə və elmi bazası hesabına olmuşdur. Yəni bu mədəniyyətin kökləri daha da əvvələ söykənir. Dolayısilə, təkamülçülərin və tarixin təkamülünə inananların iddia etdikləri kimi, ilk dövrlərdə ibtidai və danışmaq qabiliyyətindən məhrum, sadəcə heyvan ovlayaraq güzəran keçirən yarı heyvan insanlar yox idi. İnsan ilk yaradıldığı gündən bu yana indi insanların sahib olduğu zəka, estetika anlayışı, qavrama, şüur və əxlaq kimi insani keyfiyyətlərə sahib idi.

Qeydlər:

59. Nova Productions, Who Built the Pyramids, www.pbs.org

DİGƏR MƏQALƏLƏR