Təkamülçü nəşrlərin hamısında ortaq bir nöqtə var. Bu nəşrlərdə bir canlıya aid bioloji struktur və ya xüsusiyyətin nəyə görə təkamülə uğramış ola biləcəyinə dair xəyali ssenarilər verilir. Diqqəti cəlb edən məqam isə təkamülçülərin xəyal gücü ilə meydana gətirdikləri hekayələrin elmi həqiqət imiş kimi izah edilməsidir. Halbuki, bu nəşrlərdə izah edilənlər darvinist nağıllardan başqa bir şey deyil. Təkamülçülər öz beyinlərində qurduqları ssenariləri ictimaiyyətə guya elmi sübut kimi təqdim etməyə çalışırdılar. Darvinist nağıllar hər hansı elmi bir dəyər daşımır; təkamülçü iddialar üçün də qəti olaraq sübut təşkil edə bilməz.
Təkamülçü ədəbiyyatda tez-tez rast gəlinən hekayələrdən biri də guya meymunabənzər varlıqların insana çevrilməsi və ilk dövrlərdə guya ibtidai olan insanın da müəyyən bir proses içərisində sosiallaşaraq inkişaf etməsidir. Heç bir elmi sübutu olmadığına baxmayaraq, yarı dik yeridiyi və xırıltılar çıxardığı ehtimal edilən “mağara adamları”nın ailəsi ilə birgə gəzərkən və ya əllərindəki kobud alətlərlə ov edərkən, yaxud da bir ocaq başında oturarkən şəkillərinin çəkildiyi sözdə ibtidai insan canlandırması da bu hekayənin ən məşhur hissəsidir.
“İnanın və belə olduğunu xəyalınıza gətirin” mənasını verən bu canlandırmalar təkamülçülərin insanları konkret həqiqətlərlə deyil, xəyali nağıllarla inandırmağa çalışdıqlarının ən bariz nümunəsidir. Çünki bunlar elmi dəlillərə deyil, sahibinin inancına və ön mühakiməsinə əsaslanan hekayələrdir.
Təkamülçülər bu hekayələri danışmağın səhv olduğunu bilə-bilə bunları peşəkar ədəbiyyatda saxlayır, ictimaiyyətə elmi həqiqətlər kimi təqdim etdikdə heç bir maneəyə rast gəlmirlər. Lakin təkamülçülərin tez-tez izah etdiyi bu ssenarilər təkamül nəzəriyyəsinə elmi dəstəyi təşkil edir. Çünki insanın meymunabənzər əcdaddan törədiyi iddiasını müdafiə edən bir ədəd belə elmi tapıntı tapılmamışdır. Eyni şəkildə, cəmiyyətlərin ibtidaidən aliyə doğru təkamül keçirdiyini göstərən heç bir arxeoloji və tarixi tapıntı yoxdur. İnsan var olduğu ilk gündən bəri insandır və hər dövrdə müxtəlif sivilizasiyalar, mədəniyyətlər qurmuşdur. Bu sivilizasiyalardan biri də qoyduğu izlərlə heyranlıq doğuran Mayya sivilizasiyasıdır.
Tarixi mənbələrdə bu ərazilərdə yaşayan insanlar üçün gələn uzun boylu, ağ paltarlı bir adamdan bəhs edilir. Kitabələrdə əks olunan məlumata görə, qısa bir müddətə tək İlah inancının yayıldığı və elmdə, incəsənətdə inkişafın müşahidə edildiyi məlumdur.