Qədim Misirdə kətan parça toxuyurdular. E.ə. 2500-cü illərdən qalan parça qalıqlarından aydın olur ki, həmin dövrdə həm iplərin əyrilməsi, həm də toxunuş tərzi baxımından çox keyfiyyətli parçalar istehsal edilmişdir. Lakin hər şeydən vacibi bu parçaların toxunuşundakı xırdalıqlardır. Hazırkı dövrümüzdə texnologiyanın köməkliyi ilə təmin edilmiş maşınlarda istehsal edilə bilən incə ipləri misirlilər e.ə. 2500 tarixlərində istehsal etmiş və kətan iplərdən toxunmuş parçaları, mumiyalama prosesində istifadə etmişlər. Bu parçalardakı incə toxunuş qədim Misiri tədqiq edən alimləri heyrətə salmışdır. Lupa altında sayıla bilən toxunuşdakı sapların incəliyi bu gün maşınla toxunan ipək parçalarla eynidir.51 Hazırkı dövrdə belə bu parçaların keyfiyyəti məşhurdur və Misir kətanı indiki dövrdəki ad-sanını e.ə. 2000-ci illərdə yaşamış qədim Misir xalqından almışdır.52
Qeydlər:
51. Prof. dr. Afet İnan, “Qədim Misir tarixi və mədəniyyəti”, “Türk Tarih Kurumu” Nəşriyyatı, Ankara, 1956, səh. 201
52. J.H.Breasted, Ancient Times, 1916, səh. 64