Metallurgiya ən geniş mənada lazımı xam maddələrdən istifadə edilərək metal və ərintilərin hazırlanması, saflaşdırılması, formaya salınması və qorunmasından ibarət elm və texnologiya sahəsidir. Qədim Misir sivilizasiyası tədqiq edildiyində bundan təxminən 3000-3500 il əvvəl misirlilərin, əsasən, qızıl, mis, dəmir olmaqla, müxtəlif mədən və metalların çıxarılması və işlənməsi sahəsində peşəkar olduqları görünür. Metallurgiyanın inkişaf etmiş olması qədim misirlilərin filizlərin tapılması, çıxarılması, emalı sahələrində mütərəqqi bir texnologiyaya və eyni zamanda, inkişaf etmiş kimya elminə sahib olduqları mənasına gəlir.
Aparılan arxeoloji işlər e.ə. 3400-cü illərdə misirlilərin mis mədənləri haqqında müfəssəl işlər gördüklərini və metal ərintilərini meydana gətirdiklərini ortaya qoymuşdur. Dördüncü xanədanlıq dövründə (e.ə 2900-cü illər) mədənlərin araşdırma və istismarının ən yüksək səviyyəli vəzifəli şəxslər tərəfindən müşahidə edildiyi və fironların oğulları tərəfindən nəzarət olunduğu məlumdur.
Misdən başqa, qədim misirlilərin daim istifadə etdikləri mədən və metallar arasında dəmir də var idi. Tuncun istehsalı üçün qalay, şüşələrin rənglənməsi üçün isə kobalt işlənirdi. Misirdə tapılmayan metallar isə başda İran olmaqla, digər bölgələrdən gətirilirdi.
Qədim misirlilərin ən çox istifadə etdiyi və dəyər verdikləri metal isə qızıl idi. Misirdə və qədim Misirin sərhədləri çərçivəsində olan bugünkü Sudan Respublikasının müəyyən yerlərində qədim misirlilərə aid olduğu təxmin edilən yüzlərlə qızıl mədənləri tapılmışdır. Apollinopolis yaxınlığındakı bir qızıl mədəninin planının olduğu e.ə. 14-cü əsrə aid bir papirus qədim misirlilərin qızıl mədənləri sahəsində peşəkarlıqlarını ortaya qoyur. Papirusda əks olunan məlumatlara görə, mədən yaxınlığında sayı 1300-dən çox evin sadəcə mədəndə işləyənlərin qalması üçün tikildiyindən bəhs edilir. Qədim Misirdə qızıldan işləmələr və zərgərliyin əhəmiyyəti bu məlumatlardan başa düşülür. Bundan başqa, arxeoloji qazıntılar zamanı tapılan qızıldan düzəldilmiş yüzlərlə məişət və bəzək əşyası da qədim misirlilərin qızıl mədənlərinin çıxarılması və işlənməsi sahəsindəki peşəkarlıqlarının bir göstəricisidir.
Bütün bu məlumatlar qədim misirlilərin mədən yataqlarını kəşf edə biləcək, bu yataqlardan mədəni çıxara biləcək, çıxan metalları emal edə biləcək, hissələrə ayıracaq və yeni metallar düzəldəcək elmi məlumata və texnologiyaya sahib olduqlarını göstərir.