Mədənİ tərəqqİ təkamül prosesİnİn həyata keçdİyİnİ göstərməz

tarixi yalan daş dövrü

Təkamülçülərin iddiası ilk insanların guya yarı meymun varlıqlar olduğu, müəyyən zaman içərisində fiziki qabiliyyətləri ilə birlikdə zehni qabiliyyətlərinin də inkişaf etdiyi, müəyyən bacarıqlar qazandığı, mədəniyyətin bu minvalla təkamülə uğrayaraq inkişaf etməsidir. Elmi sübutlara əsaslanmayan bu iddiaya görə, uydurma əcdadlarımız (ibtidai insanlar) heyvanabənzər həyat tərzi keçiriblər, insanlaşdıqca mədəniləşmiş və zehinləri inkişaf etdikcə mədəni irəliləyiş əldə etmişdir. Bədəni tamamilə tüklərlə örtülü, üzərində heyvan dərisi geyinmiş, ocaq qalamağa çalışan, bellərində ovladıqları heyvanlarla birlikdə çay kənarı boyu yeriyən, mağaraların içində xırıltılı səslər çıxararaq bir-biriləri ilə ünsiyyət qurmağa çalışan insan səhnə mizanı da elmilikdən uzaq iddianın ortaya atdığı hekayələrdən ibarətdir.

Fosil qeydləri bu hekayəni dəstəkləmir. Elmi məlumatların göstərdiyi nəticə insanın insan olaraq yoxdan var olduğu gündən etibarən də insana xas olan həyat tərzi keçirmiş olmasıdır. Arxeoloji tapıntılar da təkamülçülərin tərtib etdiyi xronologiyanı heç bir halda dəstəkləmir. Təkamülçülərin insanların təzə-təzə danışmağı öyrəndiklərini dedikləri dövrə aid olan arxeoloji qazıntılar həqiqətdə insanların mətbəxlərinin olduğunu, ailə həyatı sürdüklərini göstərir. Təkamülçülərin daş dövrü olaraq iddia etdikləri dövrlərdə beyin əməliyyatlarının həyata keçirildiyi meydana çıxmışdır. Yenə təkamülçülərin insanların incəsənətdən bixəbər olduqlarını dedikləri dövrlərə aid qazıntılarda isə bəzək əşyaları və boya üçün xam maddələr tapılmışdı. Saytın digər məqalələrində bunun kimi bir çox misal təfsilatı ilə tədqiq ediləcəkdir.

Bütün bu misalların nümayiş etdirdiyi həqiqət tarixin heç bir dövründə ibtidai və heyvanabənzər həyat tərzinin mövcud olmamasıdır. Təkamülçülərin irəli sürdüyü kimi, daşı daşla yonaraq, daşdan taxtadan başqa heç bir alətdən istifadə etmədən mədəniyyətdən kənar bir həyat olmamışdır. Hər dövrdə iman edənlər insan kimi yaşamışdır. Hər dövrdə insana yaraşan geyimlər olmuş, insan üçün münasib boşqablar, qablar, qaşıqlar, çəngəllərdən istifadə edilmiş, insana xas mühitdə oturmuşlar, yeyib-içib söhbət etmişlər. İnsan üçün münasib olan tikililər inşa etmiş, sənət əsərlərini meydana gətirmişlər. Həkimlər, müəllimlər, dərzilər, mühəndislər, memarlar, incəsənət xadimləri olmuş, cəmiyyətdə intizam təmin edilmişdir. Ağıl və vicdan sahibi olanlar Allah`ın ilhamı ilə yer üzərindəki nemətlərdən ən gözəl şəkildə faydalanmışlar.

Əlbəttə ki, tarix boyunca texnoloji irəliləyiş də olmuş, insanların bilik səviyyələri artdıqca texnoloji dəyişikliklər olmuş, yaşanan mühitin şərtlərinə uyğun olaraq yeni cihazlar düzəldilmiş, elmi ixtiralar olmuş, mədəni dəyişikliklər yaşanmışdır. Lakin bəşər tarixində yaşanan bilik səviyyəsi və texnoloji tərəqqi təkamülün prosesinin yaşanmış olduğunu ifadə etmir.

Biliyin daima artması adət edilmiş haldır. Bir insanın sahib olduğu bilik səviyyəsi məktəb dövründə fərqli, universitet illərində isə tamamilə fərqlidir. Bir insanın həyatı boyu bilik səviyyəsini artırması onun təkamül prosesinin içində olması və özü-özünə yaranan təsadüflərin təsiri ilə inkişaf etmiş olması demək deyil. Buna bənzər hal insanların həyatına da tətbiq edilir. İctimai həyatda da ehtiyaclar səbəbindən yeni kəşflər, ixtiralar edilir, yeni mexanizmlər icad edilir, başqa bir insan isə həmin mexanizmləri daha da mükəmməlləşdirir. Daima mədəni tərəqqi yaşanmaqdadır. Lakin bu, təkamül prosesi demək deyil.

DİGƏR MƏQALƏLƏR