MÜTƏRƏQQİ BİR SİVİLİZASİYA: ŞUMERLƏR

tarixi yalan daş dövrü

Mesopotamiya yunan dilində “iki çay arası” mənasını verir. Bu bölgə dünyadakı ən münbit torpaqlardan biridir və bu xüsusiyyətinə görə böyük sivilizasiyaların əmələ gəldiyi bölgə olmuşdur.

Bu torpaqların cənubunda yerləşən və bu gün Küveyt və Şimali Səudiyyə Ərəbistanı kimi tanınan ərazidən çıxan bir qrup insan digər cəmiyyətlərdən fərqli dildə danışır, şəhərlərdə yaşayır, hüquqi idarə üsuluna əsaslanan bir monarxiya ilə idarə edilir və yazıdan istifadə edirdilər. Bu cəmiyyət şumerlərdir. E.ə. 3000-ci ildən etibarən böyük şəhər dövlətləri quraraq getdikcə genişlənmiş, geniş kütlələri nəzarəti altına almışdır.72

Şumerlər sonrakı dövrlərdə Akkad cəmiyyəti tərəfindən məğlub edilərək nəzarət altına alınmışlar. Lakin akkadlar şumerlərin mədəniyyətini, dinini, incəsənətini, hüquqi sistemini, yazısını, dövlət quruluşunu mənimsəyərək Mesopotamiya mədəniyyətinin davam etməsini təmin etmişlər.

Şumerlər dövründə texnologiyadan incəsənətə, hüquqşünaslıqdan ədəbiyyata qədər bütün sahələrdə əhəmiyyətli yüksəlişlər yaşanmışdır. Şumerlərin mütərəqqi ticarəti və güclü iqtisadiyyatı var idi. Tunc metallurgiyası, təkərli vasitələr, gəmilər, heykəllər və monumental binalar həmin dövrdəki sürətli inkişafın günümüzə gəlib çatan dəlillərindən bir neçəsidir. Bundan əlavə, şumerlərin günümüzə qədər çatmamış bir çox əl işinə sahib olduğu məlumdur. Mesopotamiya şəhərləri üçün vacib ixracat malı olan yun parçaların toxunub boyanması da əlavə sənətkarlıq nümunələrinə misal olaraq verilə bilər.73

Şumerlərin sosial sahədə də inkişaf etmiş bir sistemləri var idi. Şumer dövlətində monarxiya quruluş sistemi mövcud idi. İqtidarda olan rahib-kral dövləti bir sıra bürokratların köməkliyi ilə idarə edilirdi. Köməkçiləri məhsul yığımından sonra məhsulu xalqın arasında paylaşdırır, torpaqları gəzərək onlara nəzarət edirdi. Hər bölgədəki rahib orada yaşayan xalqın məsuliyyətini öz üzərinə götürür və xüsusilə böyük şəhərlərdə qida bölüşdürülməsini diqqətli bir şəkildə təmin edirdi. Rahiblərin bu fəaliyyətləri qeyd edilərək saxlanılırdı.

Bundan 5000 il əvvəl yaşamış şumerlərin sosial, incəsənət, elmi və iqtisadi sahəsindəki həyat tərzləri təkamülçülərin irəli sürdükləri guya “ibtidaidən aliyə doğru inkişaf edən insan” modeli ilə tamamilə ziddiyyət təşkil edir. Şumerlərin inşa etmiş olduğu böyük sivilizasiya həm öz dövründə, həm də günümüzdə belə bir çox cəmiyyətlərlə müqayisə edildikdə olduqca inkişaf etmiş bir sivilizasiyadır. Təkamülçülərin iddialarına əsasən, guya meymuna bənzərlikdən bir müddət öncə qurtulmuş, xırıltı çıxarmaqla danışmağa başlaması qısa müddət olan, hələ təzə-təzə sosiallaşmağa başlamış, heyvanları əhliləşdirməyi, əkinçiliklə məşğul olmağı yeni öyrənmiş insanların bu dərəcə inkişaf etmiş bir sivilizasiya inşa etdikləri necə olur ki, izah oluna bilmir. Açıq şəkildə görünür ki, tarixin hər dövründə insan zehni, bacarığı, zövqləri və sosial münasibətləri ilə insan olaraq var olmuşdur. Təkamülçülərin müxtəlif yayın orqanlarında tez-tez gündəmə gətirdikləri tonqal başında oturan, mağaralara sığınan, yonulmamış daşdan alətlər düzəldərək günlərini keçirən yarı meymun, yarı insan şəkilləri isə xəyal məhsulu olmaqdan irəli getməyən, tarixi, arxeoloji və elmi tapıntılarla heç bir halda uyğunlaşmayan hekayələrdən ibarətdir.

Qeydlər:

72. Əsas Britannika, cild 16, “Ana” Nəşriyyatı, İstanbul: iyun 1993, səh. 203

73. Georges Contenau, Everday Life in Babylon and Assyrıa, Edward Arnold Publishers, London, 1964

DİGƏR MƏQALƏLƏR