Təkamülçülərİn uydurma xronologiyasİ

tarixi yalan daş dövrü

Təkamülçülər tarixi dövrlərə ayıran zaman tapdıqları tarixi əsərləri nəzəriyyələrinə uyğun gələn formada, doqmalarına uyğun şəkildə şərh edərək dəyərləndirirdilər. Tunc əşyalar tapdıqları zaman həmin dövrü tunc dövrü adlandırır, dəmirin isə bizə daha yaxın dövrdə istifadə edilməyə başladığını qeyd edirlər. Metalların ən qədim mədəniyyətlərə məlum olmadığını iddia edirlər.

Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, dəmir, polad və bir çox metal daha tez oksidləşir və aşınır. Daşla müqayisədə çox qısa bir müddət içərisində çürüyüb yox olurlar. Oksidləşməsi çətin olan tunc kimi metallar isə digər metallarla müqayisədə daha uzun müddət qoruna bilir. Belə olan halda, tuncdan düzəldilmiş əsərlərin daha qədim tarixli olması, dəmirdən düzəldilmiş əsərlərin isə daha cavan olması son dərəcə təbiidir.

Bundan əlavə, tuncu əldə etməyi bilən bir cəmiyyətin dəmiri tanımadığını irəli sürmək, tuncu əldə edəcək biliyə və texniki materiallara malik olan bir cəmiyyətin digər metallardan istifadə etmədiyini iddia etmək məntiqli bir şərh deyil.

Tunc misə qalayın, arsenin və antimonun qatılması və bir az da sinkin əlavə edilməsi ilə əldə edilir. Tuncu əldə edən insan, əvvəlcə, mis, qalay, arsen, sink və antimon kimi elementlərin kimyəvi xassələrinə bələd olmalıdır, bunların hansı dərəcədə əridilməli olmasını bilməlidir, lazımi əritməni həyata keçirə biləcək və qarışıq əldə edə biləcək sobaya və ləvazimatlara sahib olmalıdır. Sadalanan bu məlumatlardan xəbərsiz olan bir insanın uğurlu bir qarışıq əldə etməsi olduqca çətindir.

Məsələn, mis mədənləri yaşlı və sərt qayalarda kristal və toz şəklində mineral kimi rast gəlinir. Misdən istifadə edən cəmiyyətin, əvvəlcə, qayalarda toz şəklində rast gəlinən mədəni tanıya biləcək savada sahib olması gərəkir. Daha sonra əldə etdiyi misi yerin altından çıxarmaq üçün mədən inşa etməli, xam mədəni qayadan söküb çıxarda bilməli və yerin üstünə daşıya bilməlidir. Bütün bunların daş və taxta alətlərlə icra edilə bilməyəcəyi açıqdır.

Mis mədəninin metala çevrilməsi üçün mədən alovlanan odla təmas etməlidir. Misin əridilərək ayrılması üçün lazım olan temperatur 1084.50 C dərəcə təşkil edir. Bu zaman alova hava axınını təmin edən cihaz və ya körükdən istifadə edilməlidir. Misin emalı ilə məşğul olan bir cəmiyyətin bu temperaturu ala bilməsi üçün soba düzəltməsi, bundan əlavə, bu sobada lazım olan puta, maşa kimi alətlərin də düzəldilməsi şərtdir. Burada sadəcə misin emal edilməsi üçün lazımı əsas təchizatlar qısaca verilmişdir. Daha sərt tuncun əldə edilməsi üçün misin qalay, sink və digər elementlərlə qarışdırılması isə bundan da mürəkkəb bir işdir. Çünki hər metal üçün fərqli emal üsulu tətbiq edilməlidir. Bütün bunlar metalı emal edən, qarışıqlar əldə edən, mədən çıxarma ilə məşğul olan cəmiyyətin dərin biliyə sahib olduğunu göstərir. Bu dərəcədə dərin biliyə sahib olan insanların dəmiri tapmadıqlarını iddia etmək isə məntiqli və tutarlı bir izah deyil.

Digər tərəfdən, arxeoloji tapıntılar da həmçinin təkamülçülərin qədim dövrlərdə metalın bilinmədiyi və istifadə edilmədiyi iddialarının doğru olmadığını göstərir. 100 min illik metal qab qalıqları, 2.8 milyard illik metal kürələr, 300 milyon illik olması təxmin edilən dəmir küpə, 27 min illik gil parçaları üzərində olan parça qalıntıları, maqnezium, platinium kimi Avropada bir neçə əsr əvvəl əridilməsi müvəffəq olunan metalların min illik qalıqlarındakı izləri kimi saysız tapıntı təkamülçülərin iddia etdiyi paleolit, mezolit, neolit, tunc dövrü, dəmir dövrü kimi sıralamanı alt-üst etmişdir. Bir çox elmi mediada yer alan bu tapıntıların əhəmiyyətli bir hissəsini təkamülçü alimlər ya görməzlikdən gəliblər, ya da muzeylərin zirzəmilərində gizləmişlər. Həqiqi bəşər tarixi yerinə təkamülçülərin təxəyyülünün məhsulu olan hekayələri bəşər tarixi kimi ictimaiyyətə izah etmişlər.

DİGƏR MƏQALƏLƏR