Sayt haqqında

tarixi yalan daş dövrü

İnsanların 700 min il bundan əvvəl çox mahir inşa edilmiş gəmilərlə okean səyahətinə çıxdıqlarını bilirdinizmi? Və yaxud bizə ibtidai mağara adamları kimi təqdim edilən insanların, əslində, heç də günümüzün rəssamlarından geri qalmayan istedada və estetik zövqə malik olduqlarını eşitmisinizmi? 80 min il əvvəl yaşamış və bizə təkamülçülərin “meymun adam” adı ilə göstərmək istədikləri Neandertal irqinə aid olan insanların musiqi alətləri düzəltdiyini, geyim zövqünə sahib olduğunu, qızmar qumlarda müəyyən ölçü ilə biçilmiş səndəllərdə gəzdiyini bilirdinizmi?

Böyük ehtimalla bunların heç birini daha əvvəl eşitməmisiniz. Əksinə, bu insanların yarı meymun yarı insan, danışmaq qabiliyyəti məhdud olan, dik dayana bilməyən, sadəcə xırıltılı səslər çıxaran vəhşi mağara adamları olduğu barədə yanlış təsəvvürə malik ola bilərsiniz. Çünki bu böyük yalan, təqribən 150 ildir ki, dünyanın dörd tərəfində insanlara təlqin edilir.

Bu cür təlqinin məqsədi isə materialist fəlsəfəni yaşatmaqdır.

Materialist fəlsəfə, yəni maddəni əsas götürən fəlsəfə Yaradıcının varlığını inkar edir. Bizi həqiqətlərdən yayındıran bu görüşə əsasən, kainat və maddə əzəlidir, yəni bir başlanğıcı, bilavasitə Yaradıcısı yoxdur. Bu uydurma inancın uydurma elmi əsası isə təkamül nəzəriyyəsidir. Belə ki, materialistlər kainatın bir yaradıcısının olmadığını iddia etdikləri üçün kainatdakı canlı aləmin və nizamın necə yarandığını özlərinə uyğun tərzdə izah etməlidirlər. Təkamül nəzəriyyəsi bu məqsədlə istifadə edilən bir ssenaridir. Bu ssenariyə görə, kainatdakı bütün nizam və canlı aləm təsadüflər nəticəsində öz-özünə əmələ gəlmişdir. İbtidai şərtlərdə dünya atmosferində mövcud olan bəzi cansız maddələr təsadüfən birləşərək ilk canlı orqanizmi əmələ gətirmişdir. Milyonlarla il sürən təsadüflər nəticəsində isə həmin canlı orqanizmlər təkamülə məruz qalaraq təkamül zəncirinin ən son bəndi olan insanı meydana gəlmişdir. Hər biri imkansız olan milyonlarla mərhələnin nəhayətində meydana gəlməsi iddia edilən insanlığın tarixi də yenə bu ssenariyə uyğun olaraq uydurulmuşdur.

Heç bir elmi dəlili olmayan bu izaha görə bəşər tarixi belədir: necə ki, canlı aləm ibtidai bir orqanizmdən ən mürəkkəb orqanizm olan insana qədər inkişaf etmişsə, bəşər tarixi də ibtidai insan icmalarından ən inkişaf etmiş insan cəmiyyətinə doğru inkişaf etmiş olmalı idi. Bu, elmi əsası olmayan bir fərziyyədir. Və bu fərziyyə materialist fəlsəfənin və təkamül nəzəriyyəsinin iddialarına əsasən hazırlanmış bəşər tarixinin özülünü təşkil edir.

Təkamülçü alimlər bir hüceyrəlidən çox hüceyrəliyə və ondan sonra meymundan insana doğru davam edən guya təkamül prosesini izah edə bilmək üçün tarixin gedişini də uydurmuşdular. Bunun üçün ibtidai insanın həyat tərzini açıqlayan “mağara dövrü”, “daş dövrü” kimi saxta dövrlər uydurmuşlar. “İnsanlar meymunlarla eyni kökdən törəmişlər” yalanını müdafiə edən təkamülçülər bu iddialarını özlərinə uyğun tərzdə sübut etmək üçün araşdırmalar aparmağa başlamış və arxeoloji qazıntılar zamanı tapdıqları hər daşı və ya ox parçasını və ya bir gil qabı bu istiqamətdə şərh etmişlər. Halbuki, qaranlıq bir mağarada dərilərə bürünərək oturan, danışıq qabiliyyəti olmayan yarı insan yarı meymun canlılar sadəcə bir təxəyyül məhsuludur. İbtidai insan heç vaxt olmamış, daş dövrü heç vaxt yaşanmamışdır. Bunlar təkamülçülərin bəzi kütləvi informasiya vasitələrinin də köməkliyi ilə formalaşdırdıqları gözbağlayıcıdan başqa bir şey deyil.

Bunlar gözbağlayıcıdır, belə ki, biologiya, paleontologiya, mikrobiologiya, genetika kimi elm sahələri başda olmaqla, ümumi elm aləmində baş verən nailiyyətlər bu gün təkamül iddiasını tamamilə darmadağın etmişdir. Canlı növlərin bir-birilərinə çevrilərək təkamülə uğraması iddiasının əsassız olduğu aydın olmuşdur. Eyni qaydada insan da meymunabənzər canlılardan təkamül nəticəsində meydana gəlməmişdir. İnsan var olduğu gündən bu yana insandır. Var olduğu gündən bu yana yüksək mədəniyyətə malikdir. Bu, o deməkdir ki, tarixin təkamülü də heç vaxt baş verməmişdir.

Bu saytda bəşər tarixinin təkamülü iddiasının əsassızlığını elmi dəlillərlə işıqlandıracaq, elmi sübutların yaradılış həqiqətini göstərdiyini araşdıracağıq. İnsan bu dünyaya təkamüllə deyil, sonsuz güc və ağıl sahibi olan Allah`ın qüsursuz yaratması ilə gəlmişdir.

Təkamülçü tarix anlayışına görə, bəşər tarixi insanın guya təkamülünə paralel olaraq müxtəlif dövrlərə ayrılaraq tədqiq edilir. Bir çoxlarımızın məktəb illərində və ya müxtəlif qəzet və televizor xəbərlərində eşitməyə öyrəşdiyimiz paleolit, mezolit, neolit, tunc dövrü, dəmir dövrü kimi xəyali anlayışlar bəhs etdiyimiz təkamülçü xronologiyanın mühüm hissəsidir. Bir çox insan bu uydurma təsviri heç düşünmədən qəbul edir və bəşəriyyətin bir zaman sadəcə kobud daş alətlərdən istifadə edilən, mədəniyyət və texnologiyanın olmadığı bir dövr içərisində yaşamış olduğunu qəbul edir.

Halbuki, arxeoloji qazıntılar və elmi məlumatlar dərindən tədqiq edildikdə, çox fərqli bir mənzərə ortaya çıxır. Keçmişdən qalan izlər insanların tarixin hər dövründə mədəniyyətin və sosial həyatın mövcud olduğu, mədəni həyat tərzi keçirdiklərini göstərir. Arxeoloji qazıntılar nəticəsində aşkarlanan alətlər, tikiş iynələri, fleyta qalıqları, bəzək əşyaları, dekorativ əşyalar, qədim insanların mədəni baxımdan inkişaf etmiş bir həyat tərzi sürdüklərini göstərir.

Bundan yüz minlərlə il əvvəl də eyni günümüzdəki kimi, insanlar evlərində yaşayır, kənd təsərrüfatı və ticarətlə məşğul olur, tikiş məmulatları istehsal edir, yemək yeyir, qohumlara baş çəkir, musiqi ilə maraqlanır, şəkillər çəkir, xəstəlikləri müalicə edir, ibadətlərini yerinə yetirir, qısaca olaraq normal gündəlik həyatlarını yaşayırdılar. Allah`ın göndərdiyi peyğəmbərlərə iman edən insanlar bir olan Allah`a iman edir, bəziləri isə yollarını azaraq bütlərə sitayiş edirdi. Peyğəmbərlərə iman edən möminlər Allah`ın əmr etdiyi əxlaqı yaşayarkən, bir qisim insanlar da batil işlər görür, azğın ayinlər həyata keçirirdilər. Hazırkı dövrdə olduğu kimi, tarixin hər dövründə həm Allah`ın varlığına iman edən insanlar, həm də bütpərəst və müşrik insanlar olmuşdur.

Əlbəttə tarix boyu bir yanda mədəni bir həyat sürən insanlar var ikən, digər yanda isə daha sadə və ibtidai şəraitdə yaşayan icmalar mövcud olmuşdur. Lakin bu, bəşər tarixinin guya təkamülünə dəlil kimi təqdim ediləcək bir hal deyil. Çünki hazırkı dövrdə də dünyanın bir yerində kosmosa raket göndərildiyi bir vaxtda digər yerində insanlar hələ elektrikin varlığını belə bilmirlər. Lakin bu vəziyyət nə kosmosa raket göndərən insanların zehni və fiziki cəhətdən -guya təkamül prosesi nəticəsində- daha inkişaf etmiş olduqlarını, nə də ki, digərlərinin daha geridə -guya meymun insanlara yaxın- olduğunu göstərir. Bunlar sadəcə mədəniyyət və sivilizasiya fərqini göstərir, mədəniyyətin təkamülünün həyata keçməsini deyil.

DİGƏR MƏQALƏLƏR