Boliviya ərazisində And dağları üzərində Boliviya ilə Peru arasında dəniz səviyyəsindən təxminən 4 min metr yüksəklikdə yerləşən Tiuanako şəhəri görənləri heyrətə salacaq bir çox tapıntılarla doludur. Bu ərazi Cənubi Amerikanın arxeoloji möcüzələrindən biri olaraq qəbul edilir. Tiuanakoda olan ən heyrətamiz tapıntılardan biri gecə-gündüz bərabərlikləri, fəsilləri, ayın hər saatdakı vəziyyətini və hərəkətlərini göstərən təqvimdir. Bu təqvim adı keçən ərazidə yaşayan insanların çox mütərəqqi sivilizasiyaya sahib olduqlarını göstərən dəlillərdəndir. Tiuanakodakı digər heyrətamiz əsərlər isə bəziləri çəkisi 100 tona çatan daş bloklardan ibarət tikililərdir.
“Reader's Digest” Tiuanako şəhərindəki məqbərələr və daş qalıntıları haqqında “... Günümüzün ən ixtisaslaşmış mühəndisləri hələ də bu qədər böyük qaya parçalarını kəsərək daşımaqla bir şəhəri abadlaşdıra biləcəklərinə dair suala cavab verə bilmir. Nəhəng bloklar sanki bir metal qəlibdən istifadə edilərək kəsilmiş kimidir...” şərhini etmişdir.43
Məsələn, bu şəhərdə divarlar 100 ton ağırlığındakı qumdaşı blokları üzərinə 60 tonluq başqa bloklar qoyularaq inşa edilmişdir. Bu divarların inşa edilməsi üçün böyük ustalıq tələb edən karxanaçılıqdan istifadə edilmişdir. Böyük ölçülərdə olan kvadrat daşlar 10 ton ağırlığındakı daş bloklarda 2.5 metr uzunluğunda dəliklər açılmışdır. Tapıntıların müxtəlif yerlərində 1.8 metr uzunluğunda və yarım metr enində su kanalları var. Bu kanalların ölçüləri hazırkı dövrdə rast gəlinməyən dəqiqlikdədir. Bu insanların, -təkamülçü yalanlarda irəli sürüldüyü kimi -texnoloji imkanlar olmadan- belə əsərləri meydana gətirmiş olmaları mümkün deyil. Belə ki, təkamülçülərin irəli sürdüyü guya ibtidai şəraitdə bu əsərlərdən tək birinin belə meydana gəlməsi üçün bir insanın ömründən daha uzun bir müddət lazımdır. Belə vəziyyətdə Tiuanakonun meydana gəlməsi yüzlərlə il çəkərdi ki, bu da təkamül nəzəriyyəsinin doğru olmadığını göstərir.
Tiuanakoda ən diqqəti cəlb edən tikililərdən biri də “Günəş qapısı”dır. Monolit daşdan meydana gətirilən bu əsərin hündürlüyü 3, eni isə 5 metrdir. Ağırlığının təxminən 10 ton olduğu təxmin edilir. Qapının üzəri müxtəlif cizgilərlə bəzədilmişdi. Bu bölgədə yaşayanların Günəş qapısını hansı üsuldan istifadə edərək inşa etdikləri hələ də izah edilə bilməmişdir. Bu cür möhtəşəm qapının inşasında hansı texnologiyadan istifadə edilmişdir? 10 ton ağırlığında qayalar, daş mədənlərindən necə çıxarılmış, haradan, hansı texnika ilə daşınmışlar? Bütün bu işlər görülərkən təkamülçülərin iddia etdiyi kimi, sadə vasitələr və materiallardan istifadə olunmadığı açıq-aşkar görünür. Tiuanakonun salındığı ərazinin coğrafi şəraitini nəzərə alındıqda vəziyyət daha da heyrətamiz olur. Şəhər normal məskunlaşmış ərazilərdən kilometrlərlə uzaqda və təxminən 4000 metr yüksəklikdə qurulmuşdur. Şəhərin yerləşdiyi yüksək yaylada atmosfer təzyiqinin dəniz səviyyəsindən təxminən yarı-yarıya düşməsi, oksigen faizinin də qat-qat azalması səbəbi ilə insan qüvvəsini tələb edən işləri görmək daha da çətin olur.
Bütün bu materiallar dünyanın bir çox yerlərində olduğu kimi, burada da keçmişdə olduqca inkişaf etmiş sivilizasiyaların yaşadığını, dolayısilə, bəşər tarixinin inkişafa doğru irəlilədiyi iddiasının təsirsiz olduğunu göstərir.
Qeydlər:
43. Simone Waisbard, in The World's Last Mysteries, (2nd edition) səh. 138, Reader's Digest, 1978