Hind mədəniyyəti Yaxın Şərq mədəniyyətləri qədər qədim olmasa da, dünyanın qədim sivilizasiyalarından biri sayılır.
Hindistanda saysız-hesabsız tanrılara tapınan batil inanclar var. Bu batil dinləri araşdıran tədqiqatçılardan biri Endru Lenqdir (Andrew Lang). Lenq uzunmüddətli tədqiqatlar nəticəsində çoxtanrılı dinlərin Yaxın Şərqdə meydana gəlməsinə oxşar prosesin Hindistanda da baş verdiyini üzə çıxarmışdır.
Edvard Makkreydi (Edward McCrady) də hindlilərin “Veda” adlı kitablarını tədqiq edərkən hind mədəniyyətinin erkən dövrlərində tanrıların bir üstün İlahın müxtəlif xüsusiyyətləri kimi şərh edildiyini yazır.87 Veda kitabındakı ilahilərdə də açıq şəkildə təktanrılı tövhid inancının pozulmasının izlərini görmək mümkündür. Mövzunu təhlil edən tədqiqatçılardan Maks Müller (Max Müller), əvvəlcə, tək İlah inancının olduğunu qəbul edir:
Vedada tək Allah inancının çoxtanrılı inancdan daha əvvəl olduğunu görürük. Saysız-hesabsız tanrıya dualarında belə, tək və sonsuz Tanrının zikri göyü duman kimi örtmüş bütpərəst anlayışın arasından mavi səmanın görünməsi kimi üzə çıxır.88
Buradan bir daha məlum olur ki, dinlərin təkamülü baş verməmişdir, əksinə, insanların haqq dinə bəzi batil inanclar əlavə etməsi və ya bəzi əmr və qadağalara etinasız yanaşması ilə dini inanclar zaman ərzində təhrif edilmişdir.
Qeydlər:
87. Edward McCrady, Genesis and Pagaan Cosmogonies, Trans. Vict. Instit. 72 (1940), səh.55
88. Max Muller, History of Sanskrit Literature: Quoted by Samuel Zwemer, səh. 87