Mömİnlər tarİx boyu mədənİ həyat tərzİ keçİrİblər

tarixi yalan daş dövrü

Allah tarix boyu insanları haqq dinə dəvət edəcək elçilər göndərmişdir. İnsanların bir qismi elçilərə itaət edib Allah`ın varlığına və birliyinə iman etmişlər. İnsanlığın ilk var olduğu gündən etibarən insanlar bir olan Allah`a imanı və haqq din əxlaqını Rəbbimizin vəhyi ilə bilib öyrənmişdir. Bilavasitə, təkamülçülərin irəli sürdüyü bir olan Allah`a imanın ilk icmalara məlum olmadığı iddiası doğru deyil.

Allah`ın tarixin hər dövründə insanları iman etməyə və din əxlaqını yaşamağa dəvət edən elçilər göndərdiyi Quranda belə xəbər verilmişdir:

İnsanlar tək bir ümmət idi. Allah (onlara) müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki, (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduq-ları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər. (Bəqərə surəsi, 213)

Başqa bir ayədə də hər qövmə onlara xəbərdarlıq etmək, Allah`ın varlığını və birliyini xatırlatmaq, din əxlaqını yaşamağa dəvət etmək üçün bir elçi göndərildiyi bu cür bildirilmişdir:

... Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın. (Fatir surəsi, 24)

Rəbbimizin insanlara elçilər və haqq kitablar göndərmiş olmasına baxmayaraq, bəzi insanlar bir müddət sonra öz aralarında ixtilafa düşdülər, haqq din əxlaqından uzaqlaşdılar və bəzi azğın və batil inanclara uydular. Bəziləri bütpərəst inanclar yetişdirdi, torpağa, daşa, taxtaya, Aya, Günəşə, sözdə pis ruhlara sitayiş etmək kimi azğınlığa düşdülər. Beləliklə, günümüzdə də haqq dinə inananlar olduğu kimi, hal-hazırda yollarını azaraq oda, Aya, Günəşə, taxtadan bütlərə sitayiş edənlər var. Bəziləri Allah`ın varlığını və tək olduğunu bilməsinə baxmayaraq, Rəbbimizə bəzi ortaqlar qoşdular. Rəbbimiz yenə onlara elçilər göndərmiş, aralarında ixtilaf düşən mövzularda haqq olan hökmü onlara bildirmiş, batil inanclarından ayrılıb haqq din əxlaqını yaşamağa onları dəvət etmişdir. Və tarixin hər mərhələsində iman edənlərlə etməyənlər, əməlisaleh möminlərlə azğın yollara uyanlar da mövcud olmuşdur.

Tarix boyu yaşamış peyğəmbərlərlə birlikdə iman edənlər, son dərəcə mədəni şəraitdə, müasir və səviyyəli həyat tərzi keçirmişlər. Hz. Nuhun vaxtında da, hz. İbrahimin, hz. Yusifin, hz. Musanın və hz. Süleymanın dövründə də indiki kimi ictimai intizam çərçivəsində müasir həyat tərzi yaşanmışdır. Hər mərhələdə möminlər namazlarını qılmış, oruclarını tutmuş, Allah`ın bildirdiyi sərhədləri qorumuş, halal və təmiz bir həyat sürmüşlər. Arxeoloji qazıntılarda əldə edilən məlumatların göstərdiyi inkişaf etmiş həyat standartlarının ən gözəlinə, ən nəcib və ən təmizinə Allah`a iman edən əməlisaleh möminlər sahib olmuşlar. Yaşadıqları dövrün təmin etdiyi hər cür imkanların ən yaxşısını peyğəmbərlər və səmimi möminlər Allah rizasına uyğun olaraq istifadə etmişlər.

Nəmrud zamanında mövcud olan hər cür texnoloji inkişaf hz. İbrahim və onunla birlikdə iman edən möminlər tərəfindən ən gözəl şəkildə istifadə edilmişdir. Fironlar dövründə mövcud olan texniki biliklər hz. Yusif, hz. Musa, hz. Harun və həmin dövrdə yaşayan əməlisaleh möminlərin də xidmətində olmuşdur. Hz. Süleyman dövründə memarlıqda, incəsənətdə, rabitə sahəsində əldə edilən yüksək texnologiyadan müdrikliklə istifadə edilmişdir. Rəbbimizin hz. Süleymana lütfü olan zənginlik və ehtişam, nəsillər boyunca heyranlıq oyatmışdır.

Unutmaq olmaz ki, bundan yüz minlərlə il bundan əvvəl yaşamış insanların da müasir xalqların da sahib olduğu hər cür bilik və imkan Allah`ın insanlara bir lütfüdür. Yüz minlərlə il əvvəl mədəniyyətlərini quranlar, on minlərlə il əvvəl mağara divarlarına estetik baxımdan gözəl rəsmlər çəkənlər, ehramları, zikkuratları inşa edənlər, iri daş abidələrini inşa edənlər, Amazon meşələrinin ən yüksək yerlərində iri abidələr tikənlər Allah`ın ilhamı və öyrətməsi ilə bu sənət əsərlərini meydana gətirmişlər. Hal-hazırda, atomun tərkib hissələrini tədqiq edənlər, kosmosa kosmik gəmilər göndərən, kompyuterdən ən effektiv şəkildə istifadə edənlər bunları Allah istədiyi üçün edə bilirlər. İnsanların var olduqları gündən bu yana sahib olduqları hər cür bilik Allah`ın insanlara rəhmi, qurduqları hər bir mədəniyyət Rəbbimizin əsəridir.

Allah insanı yoxdan yaratmış və ona dünya həyatı boyunca müxtəlif imkanlar və nemətlər vermişdir. Verilən hər bir nemət insan üçün bir sınaqdır. Sahib olduğu mədəniyyətin, texnologiyanın və imkanların Allah`ın bir lütfü olduğunu bilən, bütün bunlar üçün Rəbbimizə şükür edən qullarına Allah nemətlərini artırır:

O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)

Və Allah saleh qullarını həm dünyada, həm axirətdə gözəl şəkildə yaşadır. Quranda bu həqiqət belə xəbər verilir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

Bu ayənin bir təzahürü olaraq tarix boyu yaşayan bütün müsəlmanlar yaşadıqları dövrün ən yaxşı imkanlarına sahib olmuşlar, mədəni və gözəl həyat sürmüşlər. Əlbəttə, sınaq mühitinin zərurəti olaraq müəyyən vaxtlarda çətinliklər və sıxıntılarla da imtahan edilmişlər. Lakin bu sıxıntılar onların mədəni və insan kimi həyat sürməməsi mənasını ifadə etmir. Allah`ı inkar edən, inkarında təkid edən, gözəl əxlaqla yaşamayan və yer üzündə pozğunluq törədənlərin sonu isə nə qədər varlı, rifah içində və inkişaf etmiş mədəni həyat sürsələr də, zərər olmuşdur. Bundan əlavə, bunların bir çoxu, bəlkə də, bizim cəmiyyətdən də inkişaf etmiş imkanlara sahib olan cəmiyyətlər olmuşdur. Bu həqiqət Quranda belə xəbər verilir:

Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər. (Rum surəsi, 9)

DİGƏR MƏQALƏLƏR