Nyuqreync (Newgrange)

tarixi yalan daş dövrü

E.ə. 3200 il əvvəl inşa edilməsi qəbul edilən Nyuqreync Dublin yaxınlığında bir məqbərədir. Hələ Misir sivilizasiyasının meydana gəlmədiyi, Babil və ya Krit mədəniyyətinin yaranmadığı dövrdə Nyuqreync var idi. Bu dövrdə dünyanın məşhur daş tikililərindən biri olan Stounhenc (Stonehenge) hələ inşa edilməmişdi. Aparılan araşdırmalar Nyuqreyncin sadəcə bir məzar olmadığını göstərir, bu məqbərəni inşa edən insanların çox şaxəli astronomiya biliklərə yiyələndiklərini göstərir. Nyuqreyncin astronomik xüsusiyyətlərinə keçməzdən əvvəl, inşaat xüsusiyyətləri barədə danışmaq faydalı olardı. Belə ki, Nyuqreynci inşa edən insanların vurğulanması gərəkən mühəndislik texnikaları və memarlığa aid bilikləri mövcud idi.

Nyuqreync bir çox arxeoloq tərəfindən texniki möcüzə olaraq adlandırılır. Məsələn, tikilinin üzərindəki qübbə başdan sona mühəndislik xariqəsidir. Alt hissəsi ağır, üst hissələri yüngül olan monolit daşlar üst-üstə elə qoyulmuşdur ki, hər üstdə yerləşən daş altdakından bir az çölə çıxıntı əmələ gətirir. Bu şəkildə tikilinin üstündə mərkəz hissəsində 6 metr yüksəkliyində 6 bucaqlı bir baca meydana gəlmişdir. Bacanın sonunda istənilən zaman açılıb bağlanan bir qapaq daş var.

Bu nəhəng tikilinin, mühəndisliyi mükəmməl bilən, hesabı yaxşı bilən, düzgün planlaşdırma bacarığına sahib olan, yük daşınmasını həyata keçirən və praktiki inşaat biliklərindən məharətlə istifadə edən insanlar tərəfindən inşa edildiyi açıq-aşkar görünür. Təkamülçülərin iddialarına görə, belə bir tikilinin necə inşa edilməsi izah edilə bilməz. Belə ki, təkamülçülərin həqiqətdən uzaq şərhlərinə əsasən, həmin dövrün insanları geridə qalmış və ibtidai şəraitə sahibdir. Lakin belə bir nəhəng bir tikilinin ibtidai şərtlərdə, mühəndislik və inşaat bilikləri olmadan insanlar tərəfindən inşa edilmiş olması imkansızdır.

Tikilinin astronomik xüsusiyyətləri də heyrət doğurur. Bu nəhəng məqbərə elə tikilmişdi ki, Gün dönümü günlərində tikilinin içində olduqca heyrətamiz bir işıq oyunu meydana gəlir. Qış gün dönümü vaxtı, yəni ilin ən qısa günündə günəşin doğmasından bir az sonra gün işığı birbaşa Nyuqreyncin məzar otağına düşür. Bundan sonra müxtəlif koridor qapılarına və nəhəng daşlara düşür və işıqlandırmağa davam edir və ən son olaraq arxa divara qədər çatır. Və bu əsnada mükəmməl bir işıq oyunu meydana gəlir. Diqqəti cəlb edən bir hal ondan ibarətdir ki, işıq tikilinin daxilinə koridorlardan deyil, koridor qapısının üstündən üzərində məxsusi olaraq düzəldilmiş dar dəlikdən girir. Yerləşdirilən bütün blok daşlar da işığı əks etdirə biləcək bucaq altındadır. Məhz belə işıq oyununu möhtəşəm edən ünsürlərdən biri də budur.

Dolayısilə, bu nəhəng tikilini inşa edənlərin mühəndislik bilikləri ilə yanaşı, gün dönümlərini və Günəşin hərəkətini hesablayacaq dərəcədə astronomiya elminə sahib olduqları meydana çıxır.

Nyuqreync Britaniyada qədim dövrlərdən geriyə qalan bir çox daş tikilidən sadəcə biridir. Bu tikiliyə baxaraq edilməli şərh sözügedən tikilinin dərin biliklərə sahib olan insanlar tərəfindən mütərəqqi inşaat texnikası və vasitələrdən istifadə edilərək tikilmiş olmasıdır. Dövrün insanlarının necə həyat tərzi keçirdiklərinə dair edilməli şərh isə belə bir tikilini inşa edə biləcək insanların yaşadıqları şəraitin də komfortlu və mütərəqqi ola bilməsidir. Astronomiya bilikləri kosmosu müşahidə edə bilmək texnologiyasına və müşahidələrini düzgün şəkildə başa düşəcək bilik irsinə sahib olduqlarını işarə edir. Kosmosu müşahidə edərək əldə etdikləri nəticələri düzgün izah edə bilən insanların gündəlik həyatları da bu cür biliklərə uyğun olaraq mədəni olmalıdır. Bəlkə də son dərəcə komfortlu evlərdə yaşayan, baxımlı bağları olan, yaxşı xəstəxanalarda müalicə alma imkanına sahib olan, kommersiya fəaliyyəti ilə məşğul olan, incəsənətə, ədəbiyyata əhəmiyyət verən, çox şaxəli mədəni irsə sahib olan bu cəmiyyətdən geriyə sadəcə bu daş tikili qalmışdır. Bunların hamısı arxeoloji tapıntılar və tarixi məlumatlara əsaslanaraq bu daş tikili və bu daş tikilini inşa edənlər haqqında edilə biləcək real şərhlərdir. Lakin təkamülçülər sadəcə materialist qəliblər içərisində düşünməyə vərdiş etdiklərinə görə, ağıla və elmə uyğun bu şərhlərin əvəzinə müəyyən doqmaların məhsulu olan hekayələri danışırlar. Lakin bu hekayələr heç vaxt dəqiq bir həqiqəti ifadə edə bilməz.

DİGƏR MƏQALƏLƏR