Sİrlərlə dolu İnşaat texnologİyası

tarixi yalan daş dövrü

Qədim Misirdə inşa edilən və günümüzdə hələ də böyük heyranlıqla izlənən ən möhtəşəm əsərlər əsrarəngiz ehramlardır. Bu ehramlar arasında ən ehtişamlı olan Xeops ehramı indiyə kimi dünya üzərində inşa edilmiş ən böyük daş tikili olaraq qəbul edilir. Bu ehramın necə inşa edildiyi barədə Herodot zamanından bu yana bir çox tarixçi və arxeoloq müxtəlif nəzəriyyə irəli sürmüşdü. Bəziləri bu ehramın tikintisi zamanı qulların istismar edilməsi və rampa texnikasından tutmuş pilləli ehrama qədər bir çox üsulun istifadə edildiyini iddia etmişdir. Bu üsulların gözlərimiz önündə yaranan mənzərəsi belədir:

- Bu ehram qullar tərəfindən tikilmiş olması ehtimal edilərsə, işləyən qulların sayı 240.000 kimi inanılmaz bir rəqəm olmalıdır.

- Əgər inşaat texnikası olaraq rampa texnikası istifadə edilmiş olsaydı, ehramın tikintisi bitdikdən sonra bu rampanın sökülməsi üçün təxminən 8 il lazım olardı. Danimarkalı bir inşaat mühəndisi Qarde-Hansona görə, bu, olduqca cəfəng bir nəzəriyyə idi. Belə ki, bu rampanın sökülməsindən sonra qalan tikinti tullantılarına rast gəlməli idik. Lakin belə dəlillərə heç bir yerdə rast gəlinməmişdir.55

“Historical deception: The Untold story of Ancient Egypt” adlı kitabında Qarde-Hansonun digər nəzəriyyəçilərin əhəmiyyət vermədiyi bəzi məqamları tədqiq etdiyini qeyd edən Mustafa Qadalla mövzunu aşağıdakı kimi davam etdirir:

Ehramı ziyarət etdiyiniz zaman heyranedici mənzərələri gözünüzün önünə gətirməyə çalışın: 5000 il əvvəlki daş karxanasındakı işçi gündə ehramların inşasında istifadə edilən 330 blok istehsal edir. Suyun səviyyəsinin qalxdığı mövsümdə gündə 4000 blok Nil çayı üzərində daşınır və Qiza yaylasına gətirildiyində isə həmin daşlar yayladan yuxarıya daşınaraq ehramın inşa ediləcəyi yerə çatdırılırdı. Əgər bu şərtlər altında daşınma prosesi həyata keçirilsəydi, dəqiqədə 6.67 blok daşınmalı idi. Bu nəticə irəli sürülən nəzəriyyənin əsassızlığı üçün kafi rəqəmdir.56

- Bütün bunlarla bərabər, ehramın bir tərəfinin sahəsi təxminən 2.5 hektar olduğunu hesab etsək, hər bir tərəf təxminən 115 000 üzlük daşı ilə örtülməli idi. Bu daşlar da elə səliqə ilə düzülmüşdür ki, daşlar arasında qoyulan məsafə bir kağızın keçməsinə imkan verməyəcək qədər dardır.57

Bütün bunlar ehramların inşası ilə əlaqədar hazırkı dövrümüzün elm və texnologiyası ilə belə, izah edilə bilmədiyini göstərən məlumatlardan bəziləridir.

Qeydlər:

55. Moustafa Gadalla, səh. 115

56. Moustafa Gadalla, səh. 116

57. Moustafa Gadalla, səh. 116

DİGƏR MƏQALƏLƏR