• daş dövrü yalanı
  • daş dövrü yalanı
SİVİLİZASİYALAR İNKİŞAF ETDİYİ KİMİ, GERİLƏYƏ DƏ BİLƏR…
QƏDİM SİVİLİZASİYALAR TƏKAMÜLÜN YALAN OLDUĞUNU GÖSTƏRİR
HAQQ DİN TARİXİN İLK GÜNÜNDƏN BƏRİ VAR İDİ

Təkamülçülər arxeolojİ qazıntıları İzah edə bİlmİr

daş dövrü yalanı

Bəşər tarixini təsvir edən təkamülçülərin hər hansı əsərini tədqiq etdiyimiz zaman ilk diqqəti cəlb edən məqamlardan biri, insanın uydurma əcdadlarının gündəlik həyatına dair təfsilatlı təsvirlərdir. İstifadə edilən təlqin etmə metodundakı əminliyin təsiri ilə mövzu barədə məlumatı olmayan insan bütün bu izah edilənlərin elmi dəlillərə əsaslandırıldığını fikirləşə bilər. Təkamülçü alimlər sanki həmin dövrdə yaşamış, müşahidə aparmaq imkanına malik olmuş kimi təfsilatlı hekayələr danışırlar: iki ayaq üzərində durmağa başlayan uydurma əcdadlarımızın əlləri boş qalanda alətlər düzəltməyə başladıqlarını, uzun dövrlər ərzində sadəcə daşdan istifadə etdiklərini, taxta və daşdan başqa heç bir alətlərinin olmadığını, dəmir, mis və tuncdan istifadə etməyi daha sonrakı dövrlərdə öyrəndiklərini qeyd edirlər. Lakin bu izah edilənlər elmi dəlillərlə deyil, təkamülçülərin ön mühakimələrinə uyğun olaraq tapıntıların yanlış şərhinə əsaslanan hekayələrdir. Davamı...


Təkamülçülərİn uydurma xronologİyası

daş dövrü yalanı

Təkamülçülər tarixi dövrlərə ayıran zaman tapdıqları tarixi əsərləri nəzəriyyələrinə uyğun gələn formada, doqmalarına uyğun şəkildə şərh edərək dəyərləndirirdilər. Tunc əşyalar tapdıqları zaman həmin dövrü tunc dövrü adlandırır, dəmirin isə bizə daha yaxın dövrdə istifadə edilməyə başladığını qeyd edirlər. Metalların ən qədim mədəniyyətlərə məlum olmadığını iddia edirlər. Davamı...


Mömİnlər tarİx boyu mədənİ həyat tərzİ keçİrİblər

daş dövrü yalanı

Allah tarix boyu insanları haqq dinə dəvət edəcək elçilər göndərmişdir. İnsanların bir qismi elçilərə itaət edib Allah`ın varlığına və birliyinə iman etmişlər. İnsanlığın ilk var olduğu gündən etibarən insanlar bir olan Allah`a imanı və haqq din əxlaqını Rəbbimizin vəhyi ilə bilib öyrənmişdir. Bilavasitə, təkamülçülərin irəli sürdüyü bir olan Allah`a imanın ilk icmalara məlum olmadığı iddiası doğru deyil. Davamı...


DİGƏR MƏQALƏLƏR