Mayyalardan günümüzə gələn və “Kodeks” adlandırılan üç kitabda mayyaların həyat tərzinə və astronomiya elminə dair önəmli məlumatlar var. Madrid kodeksi, Paris kodeksi və Drezden kodeksi kimi adlandırılan bu üç kitabdan Drezden kodeksi mayyaların astronomiya haqqında nə qədər geniş məlumata malik olduqlarını göstərməsi baxımından çox əhəmiyyətlidir. Mayyalar olduqca mürəkkəb bir yazı üslubuna malikdir və bu günə qədər Mayya yazısının 5-30% hissəsi oxuna bilmişdir. Bu belə, mayyaların nə qədər mütərəqqi bir elm səviyyəsinə çatdıqlarını göstərmək üçün kifayətdir.
Məsələn, Drezden kodeksinin 11-ci səhifəsində Venera planetinə dair məlumatlar var. Mayyalar bir Venera ilinin 583.92 gün olaraq hesablamışlar və bu rəqəmi yuvarlayaraq 584 gün olaraq qəbul etmişlər. Bununla birlikdə, minlərlə illik Venera dövrələrini çertyojları ilə ortaya qoymuşlar. Eyni kodeksdə iki səhifə Marsa, dörd səhifə Yupiterə və onun peyklərinə aid məlumatlara, səkkiz səhifə də Ay, Merkuri və Saturna ayrılmışdır. Bu səhifələrdə sözü gedən planetlərin Günəş ətrafındakı dövrləri, bir-biri ilə əlaqələri və Yer ilə əlaqələri kimi olduqca mürəkkəb hesablamalarla müəyyən edilən məlumatları açıqlamışlar.
Mayyaların astronomiyaya aid məlumatları Veneranın orbitinin hər 6000 ildə bir gün geri çəkilməsinin zəruri olduğunu müəyyən edəcək qədər mükəmməldir. Belə bir məlumat bazası necə əldə edildiyi isə günümüzdə hələ də astroloq, astrofizik və arxeoloqlar tərəfindən müzakirə edilməkdədir. Günümüzdə belə mürəkkəb hesablar kompyuter texnologiyasının köməkliyi ilə həyata keçirilə bilir. Bu günün elm adamları kosmos haqqında məlumatları hər cür texnoloji və elektron cihazlarla təmin edilmiş müşahidə mərkəzlərində və bazalarında əldə edirlər. Mayyalar isə bundan yüzlərlə il əvvəl günümüzün texnologiyası ilə əldə edilən məlumat və hesablamalara sahibdirlər. Bu vəziyyət bir daha cəmiyyətlərin daima guya ibtidaidən mədəniyyətə doğru inkişaf etdikləri tezisini əsassız edir. Tarixdə yaşamış bir çox cəmiyyət müasir cəmiyyətlər qədər, hətta bəzilərindən daha çox yüksək bir mədəniyyət səviyyəsinə sahib idi. Və günümüzdə də keçmişdə yaşamış cəmiyyətlərin səviyyəsinə belə çatmamış gerilikdə yaşayan bir çox xalqlar mövcuddur. Qısaca olaraq qeyd etmək olar ki, sivilizasiyalar bəzən irəli gedir, bəzən geriləyir, bəzən isə həm yüksək, həm də geri sivilizasiyalar eyni dövr içərisində yaşaya bilər.