Mayyaların istifadə etdiyi təqvim də mütərəqqi sivilizasiyanı göstərən dəlillərdən biridir. Mayyalar tərəfindən istifadə edilən “Haab təqvimi” 365 gündən ibarətdir. Bundan başqa, mayyalar bir ilin 365 gündən bir az daha uzun olduğunu da hesablamışlar. Mayyaların apardığı hesablamalara görə, bir il 365.242036 gündən ibarətdir. Günümüzdə istifadə edilən Qreqoryan təqvimi isə 365.2425 gündən ibarətdir. Göründüyü, kimi iki rəqəm arasında çox kiçik fərq var. Bu da mayyaların riyaziyyat və astronomiya sahəsindəki peşəkarlıqlarını nümayiş etdirən digər bir dəlildir.