Təkamülçülər arxeolojİ qazıntıları İzah edə bİlmİr

tarixi yalan daş dövrü

Bəşər tarixini təsvir edən təkamülçülərin hər hansı əsərini tədqiq etdiyimiz zaman ilk diqqəti cəlb edən məqamlardan biri, insanın uydurma əcdadlarının gündəlik həyatına dair təfsilatlı təsvirlərdir. İstifadə edilən təlqin etmə metodundakı əminliyin təsiri ilə mövzu barədə məlumatı olmayan insan bütün bu izah edilənlərin elmi dəlillərə əsaslandırıldığını fikirləşə bilər. Təkamülçü alimlər sanki həmin dövrdə yaşamış, müşahidə aparmaq imkanına malik olmuş kimi təfsilatlı hekayələr danışırlar: iki ayaq üzərində durmağa başlayan uydurma əcdadlarımızın əlləri boş qalanda alətlər düzəltməyə başladıqlarını, uzun dövrlər ərzində sadəcə daşdan istifadə etdiklərini, taxta və daşdan başqa heç bir alətlərinin olmadığını, dəmir, mis və tuncdan istifadə etməyi daha sonrakı dövrlərdə öyrəndiklərini qeyd edirlər. Lakin bu izah edilənlər elmi dəlillərlə deyil, təkamülçülərin ön mühakimələrinə uyğun olaraq tapıntıların yanlış şərhinə əsaslanan hekayələrdir.

Arxeoloq Pol Bahn (Paul Bahn) bəşər tarixinin təkamülü ssenarisinin bir nağıldan ibarət olduğunu belə ifadə edir:

“Elmin necə də böyük hissəsi hekayələrə əsaslanır! Hekayə sözünü yaxşı mənada işlədirəm, lakin yenə də hekayədir ki, hekayə. Bəşər övladının təkamülünə dair ənənəvi ssenarini düşünün: ov etmək üçün od, məskən salmaq üçün od, qaranlıq mağaralar, ayinlər, alətlərin düzəldilməsi, yaşlanma, mübarizə və ölümlə bağlı hekayələri. Nə qədəri sümük və qalıqlara, nə qədəri isə ədəbi meyarlara əsaslanır”.1

Pol Bahnın dəqiq olaraq ifadə etməkdən çəkindiyi sualın cavabı açıq aşkar görünür, bəşər tarixinin uydurma təkamülü elmi deyil, tamamilə ədəbi meyarlara əsaslanır.

Həqiqətən də, bu hekayələrdə çox cavabsız məqam, məntiqi ziddiyyət və pozuntular var. Ancaq təkamülçü doqmalarla düşünən bir insan bu ziddiyyətləri görə bilməz. Məsələn, təkamülçülər daşın yonulması dövründən bəhs edir, lakin həmin dövrə aid alət və ya qalıqların necə yonulub forma aldıqlarını izah etmirlər. Təkamülçülərin dinozavrların milçəkləri qovarkən qanadlarını inkişaf etdirərək uçmağa başladığını irəli sürdüyü halda, milçəyin isə necə uçduğunu heç vaxt izah edə bilmədikləri kimi, on minlərlə əvvələ aid qalıqların necə düzəldilib formaya salındığını izah edə bilmirlər. Mövzunun bu tərəfini tamamilə unutmağa və unutdurmağa çalışırlar.

Halbuki, daşı yonub ona forma vermək çox çətin bir işdir. Daşı daşa sürtərək, tarixdən əvvəlki dövrə aid qalıqlarda olduğu kimi, mükəmməl dəqiqlikdə və sivrilikdə kəsilmiş alətlər əldə etmək mümkün deyil. Qranit, bazalt və ya doleritə bənzəyən sərt daşların parçalanıb dağılmadan, ağac kütləsi kimi nazik kəsilməsi yalnız, polad əyələrin, tokar dəzgahlarının, rəndələrin, daş kəsimi və cilalanması üçün istifadə edilən digər alətlərin mövcudluğu ilə mümkün ola bilərdi. Yenə on minlərlə il əvvələ aid qolbağıların, sırğaların, boyunbağıların, kürələrin daşdan istifadə etməklə düzəldilmədiyi gün kimi aydındır. Həmin əşyalardakı kiçik dəliklər daşla vurularaq açıla bilməzdi. Üzərilərindəki bəzəklər daş sürtülərək əmələ gələ bilməzdi. Bəhs edilən tarixi əsərlərin düzgün olması onların düzəldilməsi üçün dəmir, polad və digər metallardan düzəldilmiş alətlərdən istifadə edilmiş olmasının labüdlüyünü göstərir.

Bir çox arxeoloq və alimlər sözü gedən tarixi əsərlərin və ya qalıqların təkamülçülərin iddia etdiyi şəraitdə düzəldilə bilməyəcəyini sübut etmək üçün sınaq keçirmişdi. Məsələn, 11 min il bundan əvvəl inşa edilmiş olması təxmin edilən Göbəkli Təpədə tapılan blok daşlar üzərindəki işləmələrin hansı üsulla işlənmiş olmalarını araşdıran prof. Klaus Şmidt (Klaus Schmidt) belə bir sınaq keçirmişdir: təkamülçülərin həmin dövrdə istifadə etməsi iddia edilən daşları işçilərin əllərinə verərək, qayaların üzərinə bənzər qabartmaların çəkilməsi tələb edilmişdir. Qayaları daşla formaya salmağa çalışan işçilər 2 saat ərzində fasiləsiz işləmələrinə baxmayaraq, qaya üzərində sadəcə nəzərə çarpmayan cizgilər çəkə bilmişlər.

Buna oxşar sınağı hər bir kəs öz evində də keçirə bilər. Əlinizə qranit kimi sərt bir daş alın, bundan 100 min il əvvəl yaşamış insanların düzəltdikləri mizraq uclarını düzəltməyə çalışın. Lakin bunun üçün əlinizdə yalnız həmin qranit parçası və bir daşdan başqa heç nə olmasın. Belə bir vəziyyətdə bunu necə bacara bilərsiniz? Tarixi tapıntılardakı kimi mükəmməl itilikdə, simmetrik və dəqiqliklə düzəlmiş alət meydana gələcəkmi? Daha da dərinə getsək, 1m2 sahə böyüklüyündə bir qaya alıb üzərinə heyvan şəkli oymağa çalışın. Qayaya əlinizdəki daşla vuraraq necə nəticə əldə edə bilərsiniz? Aydın görünür ki, polad və dəmirdən düzəldilmiş vasitəçi material olmadan nə sadə mizraq ucunu düzəldə bilərik, nə də bir daş işləməsini işləyə bilərik.

Bu halda, unutmamalıyıq ki, istifadə edilən daşı kəsən və forma verən alətlərin düzəldilməsi də ayrıca bir peşə sahəsidir. Əyənin, tokar dəzgahı, rəndə və digər alətlərin istehsal edilməsi üçün lazımi əsas materiallar olmalıdır. Bu isə həmin əsərlərin meydana gəldiyi dövrün şərtlərinin olduqca qənaətbəxş və mütərəqqi olduğunu göstərir. Yəni təkamülçülərin sadə daş alətlərindən istifadə edildiyi, texnikanın və texnologiyanın olmadığı iddia edilən “qədim daş dövrü” sadəcə bir cəfəngiyatdan ibarətdir, həqiqətdə isə belə bir dövr olmamışdır.

Digər tərəfdən daşların kəsilməsində, düzəldilib formaya salınmasında istifadə edilən dəmir və polad materiallarının günümüzə qədər qalmaması da son dərəcə təbiidir. Təbii şəraitdə xüsusən də rütubətli və turş mühitdə, bütün metal materiallar oksidləşərək çürüyüb dağılır və məhv olur. Qalan isə məhv olması daha uzun sürən daş parçaları qalır. Bu daş parçalarına əsaslanaraq həmin dövrün insanlarının sadəcə daşdan istifadə etdiklərini irəli sürmək isə elmi yanaşma deyil.

Həqiqətən də, artıq bir çox təkamülçülər də arxeoloji qazıntıların darvinizmi müdafiə etmədiyini qəbul edir. Təkamülçü arxeoloq Riçard Liki (Richard Leakey), arxeoloji tapıntıların xüsusilə də daş alətlərin təkamül nəzəriyyəsi ilə izah edilməsinin mümkün olmadığını belə etiraf etmişdir:

“Əslində, darvinist nəzəriyyəsinin əsassızlığı arxeoloji qeydlərdə qəti şəkildə öz təsdiqini tapmışdır. Əgər darvinist yönlü təqdimat doğru olsaydı, bu halda, həm arxeoloji qeydlərdə, həm də fosil qeydlərində iki ayaqlı olmağın, texnologiyanın və inkişaf edən beyin ölçülərinin dəlillərini müşahidə etməli idik. Tarixdən əvvəlki qeydlərin tək bir istiqaməti belə bu nəzəriyyənin əsassız olduğunu göstərmək üçün kifayət edir: daş alətlər”.2

Qeydlər:

1. Paul Bahn, Arxeologiyanın ABC-si, səh.16; Burak Eldem, 2012: “Mardukla görüş”, “İnkılap” Nəşriyyat, İstanbul, 2003, səh. 23

2. Richard Leakey, The Origin of Humankind, Basic Books, New York, 1994, səh. 12

DİGƏR MƏQALƏLƏR