Şumerlər riyaziyyatda say sistemini tətbiq etmişdilər. Günümüzdə istifadə edilən 10 sayına əsaslanan riyazi sistem əvəzinə, 60 sayına əsaslanan riyazi sistemdən istifadə etmişlər. 60 sayı hələ də bəzi hesablamalarda əhəmiyyətli yer tutur, bir saatın 60 dəqiqədən, bir dəqiqənin 60 saniyədən ibarət olması və yaxud dairədə 360 dərəcənin olması kimi... Bu səbəbdəndir ki, həndəsə və cəbrin ilk düsturlarını irəli sürən şumerlərin riyazi bilikləri günümüzdəki riyaziyyatın təməli olaraq qəbul edilir.
Bundan başqa, şumerlər astronomiyada olduqca mütərəqqi səviyyəyə yüksəlmiş, ay, il, gün hesablarını günümüzlə təxminən eyni qaydada etmişlər. 12 aydan ibarət bir təqvimə sahib olan şumerlərin təqvimindən qədim misirlilər, yunanlar və bəzi semit cəmiyyətlər də istifadə etmişdilər. Bu təqvimə görə, bir il qış və yay olmaqla, iki fəsildən ibarətdir. Yay fəsli yazda olan gecə-gündüz bərabərliyində, qış fəsli isə payızda olan gecə-gündüz bərabərliyində başlayırdı.
Şumerlər “Ziqqurat” adlandırdıqları qüllələrdə kosmosu da tədqiq etmişdilər.74 Günəş və ay tutulmalarını əvvəlcədən müəyyən edə bildikləri müxtəlif qeydlərdə açıq aşkar görünür. Şumerlərin başqa bir astronomik kəşfi də bir çox ulduz külliyyatının xəritəsini tərtib etmiş olmalarıdır. Günəş və Ayın, bəzən Merkuri, Venera, Mars, Yupiter və Saturnun da hərəkətlərini izləyərək qeydə almışlar. Bundan 5000 il əvvəl şumerlərin kosmosla əlaqədar həyata keçirdikləri elmi hesablamalar bu gün kosmik gəmilərdən göndərilən təsvirlərlə sübuta yetirilir.
Heç şübhə yoxdur ki, bu vəziyyət tarixin təkamülü iddiaları ilə tamamilə ziddiyyət təşkil edir. Günümüzün nəhəng teleskopları, təkmilləşmiş kompyuterlər, hər cür texniki bazaya sahib müşahidə mərkəzləri sayəsində ancaq yeni əldə edilmiş məlumatları bundan 5000 il əvvəl kəşf etmiş bir cəmiyyət mövcud idi. Belə olan vəziyyətdə, təkamülçü alimlər ön mühakimələrini bir kənara qoyub elmi və tarixi kəşflərin onlara göstərdiyi həqiqətlərə uyğun hərəkət etməlidir. Və bu həqiqət darvinistlərin iddia etdikləri kimi, sivilizasiyaların daima ibtidaidən aliyə doğru inkişaf etdiyinin, cəmiyyətlərin və mədəniyyətlərin təkamül keçirdiyi fikrinin elmi və tarixi bir əsası olmadığını göstərir. Sivilizasiyalar quran, musiqi bəstələyən, sənət əsərlərin meydana gətirən, görkəmli binalar inşa edən, kosmosla əlaqədar araşdırmalar aparıb əhəmiyyətli məlumatlar əldə edən, elmi uğurlara imza atan, texnoloji kəşfləri nümayiş etdirən insanın tarixini guya təkamül prosesi ilə izah etməyə çalışmanın özülündə yatan səbəb bir sıra ideoloji məyusluqdur. Alimlərə yaraşan davranış isə ideoloji məyusluğa görə deyil, sınaqlara, kəşflərə, müşahidələrə, qısacası, elmi məlumatların əks etdirdiyi dəlillərə uyğun davranış nümayiş etdirməkdir.
Qeydlər:
74. S.N.Kramer, “Tarix Şumerdə başlayır”, “Türk Tarih Kurumu” nəşrləri, Ankara: 1990, səh. 224-231