Darvinist alimlər bəşər tarixinin guya təkamülünü izah edərkən çox vacib bir məsələdə də acizlik nümayiş etdirirlər. Bu da bəşərin universitetlər, xəstəxanalar, dövlətlər qurmasına, musiqi bəstələməsinə, olimpiadalar təşkil etməsinə, kosmosa getməsinə səbəb olan, qısacası, insanı insan edən ən vacib xüsusiyyətlərdən biri olan ağıldır.
Təkamülçülər insan ağlının guya yaşayan ən yaxın qohumu şimpanzelərdən ayrıldıqdan sonrakı dövrdə təkamülə uğrayaraq bugünkü vəziyyətinə gəldiyini iddia edirlər. Ağılın guya təkamülündə var olduğunu iddia etdikləri sıçramaları isə beyində meydana gələn təsadüfi dəyişikliklərə və alətlər düzəltmə bacarığının təkmilləşdirici təsiri ilə əlaqələndirirlər. Bu iddialarını televiziya sənədli filmlərində, jurnal və qəzet yazılarında tez-tez gözlər önünə sərir və ilk olaraq bıçaq, sonra da mizraq düzəltməyi öyrənən meymun adamların hekayəsini danışırlar. Lakin bu təbliğat etibarsızdır. İnsanlara təlqin edilən ssenarilər elmi olaraq qələmə verilmələrinə baxmayaraq, tamamilə elmdən kənardır və yeganə mənbələri darvinist ön mühakimələridir. Və şübhəsiz, ən əhəmiyyətlisi isə insan ağlının maddəyə reduksiya olmadığıdır. Bu həqiqət materializmin təsirsizliyini rəsmiləşdirərək ağılın təkamülü iddialarını kökündən yıxır.
Həqiqətdə ağılın təkamüllə ortaya çıxdığını iddia edən təkamülçülər ibtidai bir ağıl səviyyəsinə sahib olmanın nəyə bənzədiyini şəxsi olaraq təcrübədən keçirmə və guya təkamül prosesindəki şərtləri təkrarlama imkanına sahib deyildi. Təkamülçü nəşrləri ilə tanınan “Nature” jurnalının redaktoru Henry Ci təkamülçü olmasına baxmayaraq, bu cür iddiaların elmdən kənar olduğunu qəbul edir:
Məsələn, insanın təkamülünün bədənin duruşu, beyin həcmi ilə oddan və alətlərdən istifadə etmə kimi texnoloji uğurlar və dilin meydana gəlməsini təmin edən əl-göz koordinasiyasındakı inkişafla bağlı olaraq inkişaf etdiyi iddia edilir. Lakin belə ssenarilər subyektivdir. Sınaqlarla qəti olaraq yoxlana bilməzlər, belə olduğu halda, elmi deyillər. Ümumiyyətlə, istifadə edilmələri elmi testlərlə deyil, sahiblərinin iddia və nüfuzları ilə əsaslandırılır.70
Bu cür ssenarilərin elmdən kənar olmasından başqa, məntiqi olaraq da əsassızdır. Təkamülçülər sözdə təkamüllə meydana gələn ağıl sayəsində alətlərdən istifadənin ortaya çıxıb inkişaf etdiyini, alətlərdən istifadə sayəsində də ağılın inkişaf etdiyini müdafiə edirlər. Halbuki, belə bir inkişaf ancaq insan ağlı elə mövcud ikən mümkündür. Bu cür izaha görə, ilk olaraq texnologiyanın yoxsa ağılın guya təkamüllə meydana gəldiyi sualı cavabsız qalır.
Darvinizmin ən təsirli tənqidçilərindən Filip Conson bu mövzuda aşağıdakıları yazmışdır:
Ağılın məhsulu olan bir nəzəriyyə nəzəriyyəni hazırlayan ağılı uyğun bir şəkildə əsla izah edə bilməz. Mütləq doğrunu kəşf edən üstün elmi ağılın hekayəsi ancaq və ancaq ağılı verilmiş istedad kimi qəbul etsəniz, qane edicidir. Ağılı öz icadlarımızın bir məhsulu olaraq izah etməyə çalışdığımız anda, çıxışı olmayan güzgülü bir koridora girmiş oluruq.71
Darvinistlərin insan ağlını izah etməkdə aciz qalmaları bəşəriyyətin mədəni və sosial tarixi haqqında irəli sürdükləri iddiaların da əsassız olduğunu nümayiş etdirir. Eyni zamanda, buraya qədər araşdırdığımız bütün məlumat və tapıntılar da darvinist alimlərin tarixin təkamülü iddiasını tam mənası ilə əsassız edir.
Bəşər tarixi qədim dövrlərdə yaşayanların –təkamülçülərin iddialarının əksinə- təxmin ediləndən qat-qat üstün bir texnologiya və mədəniyyətə sahib olduqlarını göstərən yüzlərlə dəlil və tapıntı ilə doludur. Bunlardan biri də Şumer sivilizasiyasıdır. Şumerlərin özlərindən sonra qoyduqları əsərlər bəşər övladının minlərlə il əvvəl sahib olduğu biliklər toplusunun dəlillərindəndir.
Qeydlər:
70. Henry Gee, In Search of Deep Time: Beyond the Fossil Record to a New History of Life, The Free Press, A Division of Simon & Schuster, Inc., 1999, səh. 5
71. Phillip E. Johnson, Reason in the Balance: The Case Against Naturalism in Science, Law & Education (Downers Grove, Illinois: InterVarsity Press,1995), səh. 62